reklam
Regionxeberlericom.az » Dünya » Pakistanda defolt XƏBƏRDARLIĞI

reklam

Pakistanda defolt XƏBƏRDARLIĞI


Pakistan hökuməti neft məhsulları üçün subsidiyaları aradan qaldırmasa, ölkə defoltla üzləşəcək.


Bu sözləri ölkənin maliyyə və gəlirlər naziri Miftah İsmayıl deyib.


Onun sözlərinə görə, İslamabad Beynəlxalq Valyuta Fondunun (BVF) xilasetmə proqramının bərpası qarşısındakı maneələri hələ də aradan qaldırmayıb. Ölkə “neft məhsulları üçün subsidiyalar fəaliyyətini davam etdirir”.


Bundan əlavə, 2022/2023-cü illər üçün təklif olunan dövlət büdcəsində maliyyə institutunun təklif etdiyi fiziki şəxslərin gəlir vergilərinə düzəlişlər daxil edilməyib.


Miftah İsmayıl vurğulayıb ki, “hökumət qiymətləri qaldırmasa, BVF Pakistanla sövdələşmə aparmayacaq və bu, defolta səbəb ola bilər”.


Mənbə: Gazeta.ru




Paylaş:


Müəllif : Tarix:
14-06-2022, 11:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər