reklam
Regionxeberlericom.az » Dünya » Qlobal silah bazarında erməni fitnəsi: Ukraynanın istədiyi silahları alıb, Rusiyaya göndərirlər

reklam

Qlobal silah bazarında erməni fitnəsi: Ukraynanın istədiyi silahları alıb, Rusiyaya göndərirlər


Rusiya ilə Ukrayna arasındakı savaş təkcə döyüş meydanında getmir. Tərəflər həm də silah-sursat tədarükü sahəsində də üz-üzə gəlirlər. Ancaq hətta bu sahədə də ədalətsizlik hökm sürür, özü də Ermənistan kimi beynəlxalq ictimaiyyətə qarşı böyük riyakarlıq nümayiş etdirən dövlətlərin əli ilə... 

ABŞ-ın “The Wall Street Journal” nəşri Ermənistanın qarışdığı daha bir beynəlxalq qalmaqalın, rüsvayçılığın üstünü açıb. 

Belə ki, bu ilin may ayında Ukrayna üçün işləyən Çexiya və Polşa brokerləri (satıcı ilə alıcı arasında vasitəçilik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxs - red.) Bolqarıstandakı tədarükçüdən zirehli texnika və artilleriya mərmiləri almaq üçün razılığa gəlməyə çox yaxın olsa da, Rusiyanın müdaxiləsi - erməni əlaltıların araya girməsi buna əngəl olub. Danışıqların yekununa az qalmış bir qrup erməni alıcı 1,5 dəfə çox pul təklif edərək müqaviləni qazanıb.

Nəşrə danışan Ukrayna Ali Radasının adı açıqlanmayan deputatı əmindir ki, əldə edilən bu silahlar Ermənistana getməyəcək:

“Çox güman ki, silahlar Rusiyaya göndəriləcək”.

Brokerlər qeyd edirlər ki, Rusiya silah bazarında təkcə qiymətləri öldürməklə deyil, həmçinin hərbi arsenalında Rusiya sistemlərindən istifadə edən ölkələrin həmin silahların hissə və xidmətlərilə təminatını dayandırmaqla hədələyir.

Qeyd edək ki, Ermənistanın müharibədə Rusiyaya açıq dəstək verməsi, yardım göndərməsi, hətta döyüş təyyarələrini belə, Moskvanın ixtiyarına verməsi kimi faktları bu günə qədər beynəlxalq ictimaiyyətdən sərt reaksiya ilə qarşılaşmayıb. Belə olan halda isə ikiüzlü siyasət yürüdən ermənilər özlərinin əlaltı kimliklərini nümayiş etdirməkdən çəkinmirlər. Ortaya çıxan faktlar bir daha Ermənistanın dövlət olaraq beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqdan çəkinmədiyini göstərir.




Paylaş:


Müəllif : Tarix:
17-06-2022, 17:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər