“McDonald's” avqustda Ukraynada yenidən faəliyyətini bərpa edə bilər
Fast food şəbəkəsi “McDonald's” avqustda yenidən fəaliyyətini bərpa edə bilər.
Bu barədə “Forbes”ə adının açıqlanmasını istəməyən Kiyev restoranlarından birinin rəhbəri bildirib.
Şəbəkənin baş direktoru Yuliya Badritdinova restoranların açılma vaxtını açıqlamayıb və Xarici İşlər Nazirliyi ilə danışıqları şərh etməkdən imtina edib.
“McDonald's” hazırda təhlükəsizlik protokollarının yenilənməsi üzərində çalışır. Restoranlar hava hücumu xəbərdarlığı zamanı fəaliyyət göstərməyəcək.
“Təhlükəsizlik protokollarının yenilənməsi hər bir yerləşmə məkanımız üçün yaxınlıqda bomba sığınacaqlarının olmasının da nəzərdən keçirilməsini ehtiva edir. Hava hücumu siqnalı eşidildikdə restoranlar təcili olaraq bağlanmalıdır ki, bu da özlüyündə olduqca çətin prosesdir, çünki restoran mürəkkəb avadanlıqlara və çoxlu sayda ziyarətçi malik mini fabrikdir”, - deyə Badritdinova qeyd edib.
O əlavə edib ki, şirkət tədarük zəncirini bərpa etməyi planlaşdırır. Təchizatçıların böyük əksəriyyəti işləyir, lakin dağılmış infrastruktur səbəbindən müəyyən bir məhsul kateqoriyası var ki, onların digər bölgələrdən və ya ölkələrdən satın alınması lazım gəlir.
Mənbə: Ekonomiçeskaya pravda
Paylaş:
Müəllif : Fuad
Tarix:24-06-2022, 08:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər