reklam
Regionxeberlericom.az » Dünya » Azərbaycanlı qadın uşaqları öldürəndən sonra intihar edib - Hadisə yerindən FOTOLAR

reklam

Azərbaycanlı qadın uşaqları öldürəndən sonra intihar edib - Hadisə yerindən FOTOLAR

Rusiyada uşaqları ilə birgə intihar edən azərbaycanlı ana ilə bağlı yeni faktlar məlum olub. 

Rusiya mətbuatı xəbər verir ki, 32 yaşlı Cənnət Çunayeva əvvəlcə uşaqları 16-cı mərtəbədən atıb, daha sonra isə intihar edib. 

Hadisə şahidlərinin dediyinə görə, onlar həmin binada yaşamayıblar: 

"Biz o qadını ilk dəfə idi görürdük. İllərdir burada yaşayırıq, hamını tanıyırıq. Hadisə baş verən an mən həyətdə telefonla danışırdım. Birdə gördüm göydən ard-arda yerə nəsə düşür. Onların səsi çıxmırdı. Uşaqlar binanın girişinin üstünə, ana isə yerə düşdü. Söz-söhbət gəzir ki, ana uşaqları binanın girişində boğub öldürüb, daha sonra onları liftlə 16-cı mərtəbəyə qaldırıb və oradan atıb. Özü isə intihar edib". 

Məlumatda o da qeyd olunur ki, ana və uşaqların nəşini Azərbaycana aparmaq mümkün olmayıb. Onlar hadisə baş verən şəhərin Qumrak qəsəbəsində dəfn olunacaqlar.  

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:









Paylaş:


Müəllif : Tarix:
1-07-2022, 13:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər