reklam
Regionxeberlericom.az » Dünya » Yaponiya Rusiyaya və Belarusa qarşı sanksiyaları genişləndirdi

reklam

Yaponiya Rusiyaya və Belarusa qarşı sanksiyaları genişləndirdi


Yaponiya Rusiyaya və Belarusa qarşı sanksiya siyahısını genişləndirib.


Bu barədə Yaponiya Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


İyulun 5-də açıqlanan sanksiya siyahısına əsasən, 90 təşkilata ixrac qadağası qoyulub.


Bundan əlavə, Rusiya Federasiyasından olan 57 fiziki şəxs və altı təşkilatın, habelə Ukrayna ərazisində vəziyyətin sabitliyini pozmaqda ittiham olunan beş şəxsin aktivlərinin dondurulması barədə qərar qəbul edilib.


Siyahıda yer alan təşkilatlar arasında Aerokosmik Müdafiə Konserni “Almaz-Antey”, Novosibirsk Aviasiya Zavodu, “Qradient” Tədqiqat İnstitutu, İrkutsk Aviasiya Zavodu və “Komsomolsk-Amur” Aviasiya Zavodu da var.


Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzin xəbərdarlıq edib ki, Yaponiyanın Rusiyaya qarşı yeni sanksiyaları uğursuzluğa məhkumdur və Yaponiyanın özünə zərər verəcək. O, həmçinin vurğulayıb ki, Yaponiyanın yeni sanksiyaları Rusiya tərəfindən cavabsız qalmayacaq.


Yaponiya əvvəllər Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir neçə məhdudiyyət paketi qəbul edib. Sanksiya siyahılarına artıq 800-dən çox Rusiya Federasiyası, Belarus vətəndaşları, həmçinin 250-dən çox Rusiya şirkət və təşkilatı daxildir. Bundan əlavə, Yaponiya “Otkritie Bank”, “Novikombank”, “Sovcombank”, VTB, “Rossiya Bank”, “Promsvyazbank”, VEB.RF, “Sberbank” və “Alfa-Bank”ın aktivlərini dondurub.


Mənbə: TASS




Paylaş:


Müəllif : Tarix:
5-07-2022, 11:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər