"Hazırkı hakimiyyət təcrübəsiz və avantüristdir" - Ukraynanın sabiq prezidentindən MÜRACİƏT
Ukraynanın sabiq prezidenti, 2014-cü ildə ölkədən Rusiyaya qaçan Viktor Yanukoviç həmvətənlərinə müraciət edib. Regionxeberlericom.az moderator.az-a istinadla xəbər verir ki, müraciətin mətnini onun mətbuat katibi Yuri Kirasir özünün "Facebook" səhifəsində dərc edib.
"Bizim hamımızı, Ukraynanın bütün vətəndaşlarını bir başlıca məsələ düşündürür: yaranmış vəziyyətdə nə etməli? Çoxdan gözlənilən sülhə necə nail olmaq və qlobal münaqişə təhlükəsini təhlükəsiz məsafəyə necə kənar etmək olar?", - Yanukoviç müraciətini suallarla başlayıb.
O, etiraf edib ki, bu suallara cavab verə bilmir, çünki vəziyyət həddən artıq ağırdır və birmənalı qərarlar yoxdur. Lakin ukraynalılar, onun sözlərinə görə, bəzi şeyləri edə bilər.
"Onlar həqiqəti tələb etməlidir. Bu gün Ukrayna hakimiyyətinin apardığı informasiya siyasəti bir çox cəhətlərinə görə özünü doğrultmur və ölkəmizə böyük ziyan vurub. İnsanlar təbliğatdan, ucdantutma "qələbə məlumatlarından" yorulub", - Yanukoviç yazıb.
O, qeyd edib ki, "Ukraynanın hazırki hakimiyyəti təcrübəsiz və avantüristdir", bu hakimiyyət "Ukraynanın bütün mövcud mediasını, plüralizmi və onların fikrinin demokratikliyini həzm edib".
"Mənə elə gəlir ki, bu gün həmişəkindən daha çox vəziyyəti adekvat qiymətləndirmək və Ukrayna vətəndaşlarının ən müxtəlif fikirlərinə hörmətlə yanaşmaq tələb olunur. Vətəndaşlar özləri seçim etməlidir-ya "son ukraynalıyadək" döyüşmək, ya da hələ yerdə qalanları saxlamağa cəhd etmək", - o, davam edib.
Yanukoviç hesab edir ki, Ukrayna rəhbərliyi "nə qədər gec deyil, ukraynalıları düzgün və düzgün olmayanlara bölməyə son qoymalı, özündə güc tapıb vəziyyəti başqa cür qiymətləndirənlərə əl uzatmalıdır".
"Bəs yaxşı, bundan sonra nə etməli? Mən yalnız ilk addımı göstərdim. Mən qarşılıqlı güzəştlər yolu ilə sülhə nail olmağa kömək edə biləcək sonrakı addımların, hərəkətlərin, qərarların necə olmasını bilirəm. Bir-birinə doğru belə addımlar Ukrayna xalqının mənafelərinə və gözləntilərinə tamamilə uyğun olacaq və bütün tərəflər onu dəstəkləyəcək. Mən buna əminəm. Əlbəttə, əgər bu dəfə kimsə, nəhayət, sülhdə maraqlı olacaqdır", - sabiq prezident sözlərinə yekun vurub.
Yanukoviç ilk dəfə deyil ki, Ukraynada hərbi vəziyyəti dəyərləndirən çıxışlar edir.
Mayın 27-də o, ölkənin dövlətçiliyinin tamamilə məhv edilməsi təhlükəsi barədə bəyan edib.
"Söhbət təkcə ölkənin cənub və şərqində nəhəng ərazilərinin itirilməsindən getmir", o zaman Yanukoviç Polşa ilə məcburi birləşmədən, bunun da "Ukrayna xalqının, guya, uğrunda özünün sonuncu maydanına çıxdığı Avropa arzularının gerçəkləşməsinin nəticəsi" olacağından yazıb.
Yanukoviçdən başqa, "Polşa tərəfindən "təhlükə" barəsində Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin xəbərdarlıq edib. Onun sözlərinə görə, Polşa ABŞ-la birgə Ukraynanın bir hissəsini işğal etməyə hazırlaşır.
Xatırladaq ki, Viktor Yanukoviç 2010-2014-cü illərdə Ukraynanın prezidenti olub.
O, 2014-cü ilin fevral ayında "Avromaydan" zamanı hakimiyyətdən kənarlaşdırılıb. Siyasətçi ölkədən qaçıb.
Ukraynada Yanukoviçə qarşı bir neçə cinayət işi açılıb.
2019-cu ildə dövlətə xəyanət ittihamı ilə ona 13 il həbs cəzası verilib.
Bu ilin mart ayında, müharibə başlanandan sonra belə informasiya yayılıb ki, Kreml, guya, Yanukoviçi yenidən "Ukraynanın ptezidenti" etmək üçün xüsusi əməliyyat hazırlayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-07-2022, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər