Rusiya MN-dən Vinnitsanın vurulması ilə bağlı açıqlama
“İyulun 14-ü yüksək dəqiqliyə malik “Kalibr” raketləri ilə Ukraynanın Vinnitsa şəhərindəki zabitlər evinin binasına zərbə endirilib”.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib.
"Zərbə zamanı sözügedən hərbi obyektdə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı ilə xaricdən olan silah tədarükçüləri arasında görüş keçirilirdi. Zərbə nəticəsində iclas iştirakçıları zərərsizləşdirilib”, - deyə Konaşenkov söyləyib.
Xatırladaq ki, Rusiya ordusu iyulun 14-ü Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib. Zərbə nəticəsində 22 nəfər həlak olub, daha 90 nəfər isə yaralanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-07-2022, 14:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-07-2022, 14:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti