reklam
Regionxeberlericom.az » Dünya » Baydenin bu videosu sosial şəbəkədə gündəm oldu

reklam

Baydenin bu videosu sosial şəbəkədə gündəm oldu
















Tez-tez çıxışında yol verdiyi səhvlərə görə gündəmə gələn ABŞ Prezidenti Co Bayden yenidən sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Demokratlar Partiyası tviterdə Baydenin 17 saniyəlik videosunu paylaşıb. O, sözügedən videoda ötən il yanvarın 6-sı Konqres qarşısında baş verən iğtişaşlar barədə danışıb.

Sosial şəbəkə istifadəçiləri həmin videoda süni intellektdən istifadə olunaraq Baydenin üzünün başqa bir aktyorun bədəni ilə birləşdirildiyini iddia ediblər.

İnsanların videoya şübhə ilə yanaşmasının bir səbəbi də, Prezident Baydenin eyni gündə yayımlanan başqa bir videoda fərqli göründüyü ilə bağlı iddialar olub. İstifadəçilər, həmçinin ABŞ liderinin gözünü qırpmadığı üçün də videonun şübhəli olduğunu deyiblər. Onlar “normal insan dəqiqədə 15-20 dəfə göz qırpır” kimi fikirlər səsləndiriblər.

Videonun saxta olmasına dair məlumat ABŞ mediasında geniş işıqlandırılıb və bir çox tanınmış ekspert tərəfindən paylaşılıb.




Paylaş:


Müəllif : Tarix:
29-07-2022, 17:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər