reklam
Regionxeberlericom.az » Dünya » Bu ölkənin nümayəndə heyəti Tayvana getdi

reklam

Bu ölkənin nümayəndə heyəti Tayvana getdi
















Litvanın nəqliyyat və rabitə nazirinin müavini Aqne Vaycyukevichyutenin başçılıq etdiyi nümayəndə heyəti Tayvana səfər edib.

Bu barədə Tayvan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, Litva nümayəndələrinin Xarici İşlər Nazirliyinə səfərinin məqsədi “mütərəqqi sektorlarda strateji əməkdaşlığın və işgüzar əlaqələrin gücləndirilməsi” olub.

Daha əvvəl Adanın Mərkəzi Xəbər Agentliyi (CNA) məlumat vermişdi ki, səfər zamanı Litva rəsmiləri Nəqliyyat Nazirliyinin nümayəndələri ilə görüşəcək və elektrobusların istehsalına baş çəkəcəklər.

Qeyd edək ki, ötən il Vilnüsdə Tayvanın rəsmi nümayəndəliyi açılıb. Çin Xarici İşlər Nazirliyi Litvaya etiraz edib. Bundan sonra Çin birtərəfli qaydada Litva ilə diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirib.




Paylaş:


Müəllif : Tarix:
7-08-2022, 10:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər