reklam
Regionxeberlericom.az » Dünya » Çin-Tayvan böhranı müharibə həddinə çatıb – ABŞ-dan sərt reaksiya

reklam

Çin-Tayvan böhranı müharibə həddinə çatıb – ABŞ-dan sərt reaksiya















ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərindən sonra gərginləşən Çin-Tayvan münasibətləri qarşıdurma səviyyəsinə çatmaq üzrədir. Belə ki, bölgədəki təlimlərini artıran Çin ordusu adanın şimal, cənub-qərb və şərq sahillərində quru və hava hücumu imkanlarının sınaqdan keçirildiyini açıqlayıb.

Tayvan Müdafiə Nazirliyi çox sayda Çin hərbi gəmisi, təyyarəsi və pilotsuz təyyarələrinin Tayvan yaxınlığında keçirdiyi təlimlərə cavab olaraq bölgəyə təyyarə və gəmilərin göndərildiyini açıqlayıb. Qurum Çinin hərbi təlimlərin 3-cü günündə "adaya hücumların simulyasiyalarını" həyata keçirdiyini bildirib.

“Tayvan boğazında çoxlu sayda döyüş təyyarəsi və gəmisi aşkar edilib, onların bəziləri “orta xətti” keçib. Bu, adadakı hədəflərə simulyasiya edilmiş hücum ola bilər”, - məlumatda deyilir.

Hərbi texnikalara ötürücülərlə xəbərdarlıq edildiyi, ardınca isə hərbi patrul təyyarələri və hava hücumundan müdafiə raket sistemləri vasitəsilə onların izləndiyi bildirilib.

Bölgədəki hadisələrin fonunda ABŞ-dan Çinə xəbərdarlıq mesajı gəldi. Ağ Evdən verilən açıqlamada Çinin Tayvan ətrafında hərbi təlimlər keçirərək "status-kvonu dəyişdirməyə" çalışdığı bildirilib və bu hərbi təlimlərin "təxribat xarakterli" olduğu vurğulanıb.

“Bu addımlar həm də bizim Tayvan boğazında sülh və sabitliyi qorumaq kimi çoxdankı hədəfimizlə ziddiyyət təşkil edir”, – deyə Ağ Evin yaydığı məlumatda deyilir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq isə dərhal Ağ Evin bu bəyanatına reaksiya verib.

“Məsuliyyətdən söz düşmüşkən, ABŞ Pelosinin Tayvana səfərini dayandırmalı idi. O, Çinin qapısında gücünü göstərməkdən, Çinin daxili işlərinə qarışmaqdan əl çəkməli idi. Vahid Çin siyasətini pozmaq üçün bu taktikadan istifadə etməyi dayandırın, Tayvanla əlaqələri inkişaf etdirməyi dayandırın və Tayvana silah satışını dayandırın”, - deyə sosial media hesabından açıqlama verən Çunyinq, bildirib.

Qeyd edək ki, Nensi Pelosi və onunla birlikdə keçən həftə 5 nəfərlik konqres heyətinin Tayvana səfəri Pekinin reaksiyasına səbəb olub.




Paylaş:


Müəllif : Tarix:
7-08-2022, 15:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər