reklam
Regionxeberlericom.az » Dünya » Salman Rüşdini bıçaqlayan şəxs həbs edildi

reklam

Salman Rüşdini bıçaqlayan şəxs həbs edildi
















Hind əsilli Britaniya yazıçısı Salman Rüşdiyə hücum edən Hadi Matar həbs edilib.

Bu barədə Nyu-York Çatokua dairə prokuroru Ceyson Şmidt məlumat yayıb.  

Prokuror bildirib ki, Matar ikinci dərəcəli adam öldürməyə cəhd və ikinci dərəcəli hücumda ittiham olunur.

Nyu-York əyalət polisi Matarın Çautauka qraflığının həbsxanasına aparıldığını bildirib.

Bundan əvvəl “The Indian Express” qəzeti yazıb ki, hüquq-mühafizə orqanları əməkdaşları 24 yaşlı Matarın sosial şəbəkələrini öyrəndikdən sonra onun “şiə ekstremizminə” və İslam İnqilabı Keşikçiləri Korpusunun məqsədlərinə rəğbət bəslədiyini müəyyən ediblər.

Xatırladaq ki, 75 yaşlı yazıçı Salman Rüşdi Nyu-York əyalətindəki Chautauqua County Təhsil Mərkəzində mühazirə oxumağa hazırlaşarkən Matar səhnəyə qaçaraq yazıçıya bıçaqla hücum edib.

Qeyd edək ki, Rüşdi Bombeydə anadan olub, lakin sonradan Böyük Britaniyaya köçüb. Yazıçı Buker mükafatı laureatı və İslam dünyasının tənqid və təhdidlərinə səbəb olan “Şeytan ayələri” kitabının müəllifidir.




Paylaş:


Müəllif : Tarix:
13-08-2022, 20:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər