“Facebook” və “YouTube” Yeni Zelandiyada törədilən terror aktının videolarını silib
Yeni Zelandiyada məsciddə törədilən terror aktının videogörüntüləri “Facebook” sosial şəbəkəsindən pozulub.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsinin Yeni Zelandiyadakı nümayəndəsi Mia Harlik deyib.
“Video “Facebook” sosial şəbəkəsində peyda olduqdan dərhal sonra Yeni Zelandiya polisi bu barədə bizi məlumatlandırıb və biz təxirə salınmadan Brenton Tarrantın “Facebook” və “Instagram” akkauntlarını, həmçinin həmin videoları pozmuşuq”, – deyə o bildirib. “Twitter” sosial şəbəkəsi də, həmçinin atıcının akkauntunu bağlayıb və terror aktının videosunu pozmaq üçün tədbirlər görür. “Google” kompaniyası nümayəndəsinin sözlərinə görə, onlar videonun “YouTube” videohostinqindən tam silinməsi üçün çalışırlar. Bir qədər əvvəl Yeni Zelandiya polisi Christchurch şəhərindəki məscidə hücumda ittiham olunan avstraliyalı Brenton Tarrant tərəfindən çəkilən videonu yaymamaq xahişi ilə internet istifadəçilərinə müraciət etmişdi. Xatırladaq ki, bu gün cümə namazı vaxtı Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum edilib. Son məlumata əsasən, terror aktı nəticəsində azı 49 nəfər həlak olub, 39 nəfər isə yaralanıb
Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisəni ölkə tarixinin ən qara günlərindən biri adlandırıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-03-2019, 21:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-03-2019, 21:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti