reklam
Regionxeberlericom.az » Dünya » 42 dövlətdən Rusiyaya çağırış: "Ukraynaya təhvil verin"

reklam

42 dövlətdən Rusiyaya çağırış: "Ukraynaya təhvil verin"

















40-dan çox dövlət Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasının ərazisindən qoşunlarını çıxarmağa və onu Ukraynanın nəzarətinə verməyə çağırıb.

Bu barədə Avropa İttifaqının BMT-dəki nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

 “Rusiya qoşunlarının və silahlarının atom elektrik stansiyalarında yerləşdirilməsi qəbuledilməzdir”, - yayılan bəyanatda bildirilir.

Qeyd olunur ki, Rusiya öz hərəkətləri ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) bütün üzvlərinin riayət etməli olduğu təhlükəsizlik prinsiplərini pozur:

“Rusiya Federasiyası AES üzərində nəzarəti Kiyevə verməlidir və yalnız bundan sonra agentliyin iddia edilən ekspertləri stansiyanı yoxlaya biləcəklər”.

Sənədi imzalayan ölkələr də MAQATE-nin baş direktoru Rafael Qrossinin obyektin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərini tam dəstəklədiklərini bildiriblər.

Bəyanatı imzalayan 42 dövlətin tərkibinə Aİ-yə üzv olan bütün ölkələr, həmçinin ABŞ, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, Norveç, Yaponiya daxildir.

Qeyd edək ki, Zaporojye AES Avropadakı ən böyük Atom Elektrik Stansiyasıdır və Ukraynanın bütün elektrik enerjisinin dörddə birini istehsal edir. Bu ilin martında AES Rusiya qüvvələri tərəfindən nəzarətə götürülüb.




Paylaş:


Müəllif : Tarix:
15-08-2022, 08:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər