Rusiya, Çin, Hindistan birgə təlimlərə başladı - 50 min əsgər, 5 min silah, 140 təyyarə...
Rusiya ölkənin şərqində Çin qüvvələri ilə birlikdə irimiqyaslı hərbi təlimlərə başlayıb. Ukraynada müharibədən dolayı Qərblə gərginlik fonunda Moskva Pekinlə müdafiə əlaqələrini gücləndirir.
“Vostok 2022” (Şərq 2022) təlimləri Rusiyanın Uzaq Şərqində və Yapon dənizində müxtəlif yerlərdə keçirilir. Sentyabrın 7-cən davam edəcək təlimlərə 50 mindən çox əsgər, 5 mindən çox silah, o cümlədən 140 təyyarə, 60 hərbi gəmi qatılacaq.
Təlimə Hindistan, Laos, Monqolustan, Nikaraqua, Suriya və bir neçə keçmiş sovet ölkəsindən hərbçilər qatılacaq. Rusiyanın Müdafiə Nazirliyi Azərbaycanın da təlimlərə tərəfdaş qismində qatılacağını bildirib. Azərbaycan isə məlumatı rəsmən təsdiqləməyib.
Hindistan Rusiyanın Ukraynadakı müharibəsində neytral mövqe sərgiləyir, həm Qərb, həm də Moskvayla yaxşı münasibətləri olduğunu bildirir. Çin də Rusiyanı bu müharibəyə görə tənqid etməyib, ABŞ və NATO-nu Moskvanı təhrik etməkdə suçlayıb, Qərbin Moskvaya sanksiyalarını pisləyib.
Rusiya da öz növbəsində ABŞ-la gərginlik yaşayan Çinə güclü dəstək verib. ABŞ Nümayəndələr Palatasının Spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra gərginlik daha da qızışıb.
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya dəstəyilə Pelosinin Tayvana səfəri arasında paralel aparıb, hər ikisini Amerikanın qlobal sabitsizliyi pozmaq cəhdlərinin tərkib hissəsi adlandırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-09-2022, 16:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər