Argentinanın vitse-prezidentinə sui-qəsd cəhdi - Anbaan video
“Bu gün (1 sentyabr) saat 21:00 (Bakı vaxtı ilə 04:00) radələrində bir şəxs ölkənin hazırkı vitse-prezidenti və iki dəfə prezidenti olmuş Kristina Fernandes de Kirşnerə sui-qəsd etməyə cəhd edib. Bu, demokratiyanın bərpasından bəri ən ciddi hadisədir”.
Bunu Argentinanın Prezidenti Alberto Fernandez deyib.
Prezidentin sözlərinə görə, Kirşnerə hücum edən şəxs tətiyi çəkə bilib:
“Kristina sağdır, çünki hələ texniki cəhətdən müəyyən edilməmiş səbəbdən, tətiyin çəkilməsinə baxmayaraq, beş gülləli silah açılmayıb”.
Qeyd edək ki, Argentina polisi vitse-prezident Kristina Fernandez de Kirşnerə silah tuşlayan şəxsi saxlayıb. Hadisə Fernandes de Kirşner evinin qarşısında avtomobilindən düşərkən baş verib. “Cinco Noticias” telekanalında nümayiş olunan kadrlarda izdihamın arasında dayanan şəxsin silahı qaldıraraq vitse-prezidentə tuşlaması əks olunub. İlkin məlumatlara görə, saxlanılan şəxs Braziliya vətəndaşıdır. Əvvəllər o, qanunsuz silah saxladığına görə artıq məhkum olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-09-2022, 09:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər