"Təfərrüatları deməyəcəyəm, amma Ukrayna bayraqları lazımi yerə qayıdır" - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski Ali Baş Komandanlıq qərargahının növbəti iclasını keçirib.
Yeniavaz.com Ukrayna mətbuatına istinadən bildirir ki, iclasda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov, müdafiə naziri Aleksey Reznikov və onun müavini Rostislav Zamlinski, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Milli Qvardiyanın komandanı Yuri Lebed iştirak ediblər.
Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sirski, Pivden Əməliyyat Komandanlığının komandanı Andrey Kovalçuk və Zaxid Əməliyyat Komandanlığının komandanı Serhiy Litvinov videogörüntü vasitəsilə iclasa qoşulublar.
Baş komandan və əməliyyat rayonlarının komandirləri, kəşfiyyat rəhbəri cəbhə xəttindəki vəziyyət barədə məruzə ediblər.
"Müharibədə istirahət günləri yoxdur. Cəbhədə olanlarla daim əlaqə saxlayırıq. Təfərrüatları deməyəcəyəm, amma Ukrayna bayraqları lazımi yerə qayıdır. İşğalçılar üçün yer yoxdur. bizim torpaqlarımızda”, - deyə Zelenski iclasdan sonra verdiyi açıqlmada bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-09-2022, 23:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər