Ukraynanın azad etdiyi ərazilərin sahəsi açıqlandı
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyanski və İzyumski rayonlarının yaşayış məntəqələrini azad etməkdə davam edir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ukraynanın işğaldan azad edilməsi davam edir. Ümumiyyətlə, son günlər Ukraynanın iki min kvadrat kilometrə yaxın ərazisi Rusiya işğalından azad edilib. Bölmələrimiz Kupyanska daxil olub, Xarkovun Kupyanski və İzyumski rayonlarının yaşayış məntəqələri azad edilib. Əməliyyatlar davam edir”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, Ukraynanın müdafiə qüvvələri Sosnovka, Mayorsk, Nikolaevka, Zaitsevo, Veselaya Dolina, Soledar, Baxmut, Peski, Pervomayskoye və Novomikaylovka yaşayış məntəqələri ərazilərində növbəti dəfə düşmənin hücumlarını dəf edib.
ABŞ-ın nüfuzlu Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Ukrayna Silahlı Qüvvələri şəhərin şimalında və cənubunda quru xətlərini kəsərsə, Rusiyanın İzyum ətrafındakı mövqelərini məhv edə bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-09-2022, 11:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər