"Anonymous" Xameneinin saytını dağıtdı
Məşhur "Anonymous" xaker qrupu 22 yaşlı Məhsa Əmininin “əxlaq polisi” tərəfindən həbs olunmasından sonra ölümü ilə başlayan etirazlara dəstək olmaq üçün İranın Ali dini lideri Xameneinin saytını dağıdıb.
Bu barədə xaker qrupu sosial şəbəkələrə vasitəsilə məlumat yayıb.
“OpIran” (İran əməliyyatı) adlandırılan əməliyyat zamanı xakerlər, həmçinin bir sıra yüksək səviyyəli hökumət saytlarını və etirazçıların kimliyini bəlli etməkdə istifadə olunan ölkənin müxtəlif yerlərindəki 300-dən çox təhlükəsizlik kamerasını sındırıblar.
Sındırılan bəzi hökumət saytları belədir:
İranın Milli Hökumət Portalı (Iran.gov.ir)
İran Mərkəzi Bankının rəsmi saytı (Cbi.ir)
Hökumət sözçüsü ofisinin rəsmi saytı (Dolat.ir)
İranın ali dini lideri Əli Xamneyinin rəsmi saytı (Khamenei.ir)
İran dövlət media agentliyinin rəsmi saytı IRIB Xəbər Agentliyi (Iribnews.ir)
Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin “əxlaq polisi” tərəfindən həbs olunmasından sonra ölümü ilə başlayan etirazlar artıq əksər əyalətlərə yayılıb və hər gün böyüyür.
Etirazların Kürdüstan, Qərbi Azərbaycan, Kirmanşah, Elburz, Tehran, Gilan, Rəzəvi Xorasan, Yəzd, Xürrəmabad, Sənəndəc, Urmiya, Məşhəd, Kirman, Mahabad, Divandərə və Bükan vilayətlərində davam etdiyi bildirilir. Paytaxt Tehranda isə Vəliəsr küçəsi, Vəliəsr meydanı, Danışcu parkı, Lalə parkı, Keşavərz bulvarı, Hicab küçəsi, Fatimi küçəsi və İnqilab küçəsi kimi insanların sıx olduğu yerlərdə keçirilən etirazlara xeyli sayda iranlı qatılıb. Yüzlərlə insanın iştirak etdiyi nümayişlərə polis gözyaşardıcı qazla müdaxilə edib, nümayişçilər zibil qablarını yandıraraq yollara barrikadalar qurmağa çalışıblar. Rəsmi mənbələrə görə 3, müxalif medianın iddiasına görə isə artıq etirazlarda 5 nəfər ölüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-09-2022, 13:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər