Rusiyanın ilhaq etdiyi 5 yaşayış məntəqəsi azad edildi - Video
Ukrayna oktyabrın 4-də Xerson vilayətinin Arxangelsk, Starosely, Bolşaya Aleksandrovka və Malaya Aleksandrovkasını rus işğalından azad edib .
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Vostok” ərazi müdafiə qüvvələrinin regional idarəsinin rəsmi “ Facebook ” səhifəsində dərc edilmiş videoreportajda məlumat verilib.
Qeyd edək ki, ötən gün səhər saatlarında Ukraynanın Müdafiə Qüvvələrində xidmət edən xalq deputatı Roman Lozinski Davidov Brod kəndinin azad edildiyini bəyan edib.
Lozinski 35-ci briqadanın dəniz piyadalarının kənddəki qüllədə Ukraynanın dövlət bayrağını sancmasını əks etdirən video yayımlayıb.
Xatırladaq ki, sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dörd separatçı regionunun başçıları arasında Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında "müqavilələr" imzalanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-10-2022, 10:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər