reklam
Regionxeberlericom.az » Dünya » Xameneinin çıxışı zamanı efirə müdaxilə edib bu görüntüləri yaydılar - Video

reklam

Xameneinin çıxışı zamanı efirə müdaxilə edib bu görüntüləri yaydılar - Video

















Şənbə günü – oktyabrın 8-də İranın dövlət televiziyasının efirinə müdaxilə edilib.

Yerli vaxtla təxminən saat 18:00-da İslam Respublikasınını Ali dini lideri Əli Xameneinin çıxışı zamanı efir kənar müdaxilə ilə yarıda dayandırılıb və ekrana “Gənclərimizin qanı barmaqlarınızdan damlayır”, “Ayağa qalx və bizə qoşul” şüarları yerləşdirilib.

Ekranda həmçinin etirazların başlamasına səbəb olan Məhsa Əmini və etirazlar zamanı qətlə yetirilən daha üç qadının fotosu yerləşdirilib.

Həmçinin efir verilən görüntüdə Xameneinin hədəfə alınmış fotosu da yer alıb. Fonda isə “Qadınlar, həyat, azadlıq!" şüarları səsləndirilib.

“BBC” kadrlardakı sosial media bağlantılarından efirə müdaxilə edənlərin “Əlinin ədaləti” adlı qruplaşma ola biləcəyini yazıb.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı polis etirazçılara atəş açıb, onlarla ölənin olduğu bildirilir.




Paylaş:


Müəllif : Tarix:
9-10-2022, 11:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər