Honq-Konqda vəfat edən bəstəkarın nəvəsi: - "Harada dəfn ediləcəyi..."
Ötən gün Honq-Konqda 82 yaşında vəfat edən əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın nəvəsi, "Səs Azərbaycan" yarışmasının iştirakçısı Hilal Süleymanov danışıb.
Hilal Süleymanov Teleqraf.com-a açıqlamasında bəstəkarın Honq-Konqda bibisinin evində vəfat etdiyini deyib:
"Nənəm üç həftə əvvəl Honq-Konqda yaşayan bibimin evinə getmişdi. Orada səhhəti pisləşdi, burada normal idi. Düzdür, babam rəhmətə gedəndən sonra səhhəti ilə bağlı problemlər yaşamağa başlamışdı. Ayağı şişmişdi. Ümumiyyətlə, ürəyində də problem vardı. Babamdan sonra vəziyyəti daha da pisləşdi. Honq-Konqda da, təəssüf ki, vəziyyəti düzəlmədi, xəstəxanaya düşdü. Böyrək çatışmazlığından əziyyət çəkirdi və böyrəkləri funkisiyasını itirmişdi. Hazırda nəşi bibimin evindədir".
Bəstəkarın nəşi Azərbaycana nə vaxt gətiriləcək? Hilal Süleymanov bildirib ki, bu haqda hələlik dəqiq məlumat yoxdur: "Sənədlər hazırlanmalıdır. Bu proses müəyyən qədər vaxt aparır. Azərbaycanda isə harada dəfn ediləcəyi hələ məlum deyil".
Paylaş:
Müəllif : Fuad
Tarix:10-10-2022, 12:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər