Avstriyanın yeni prezidenti məlum oldu
Avstriyanın hazırkı prezidenti Aleksandr Van der Bellen 56,7% səslə yenidən prezident seçkilərində qalib gəlib.
Bu, ölkənin Daxili İşlər Nazirliyinin bazar ertəsi dərc etdiyi rəsmi nəticələrdir.
Van der Bellen 4 milyondan çox səsdən demək olar ki, 2,3 milyonunu toplayıb. Ona görə də seçkilərin ikinci turu tələb olunmur.
Onu sağ populist Avstriya Azadlıq Partiyasının namizədi Valter Rozenkranz (17,7%) və sol mərkəzçi Pivə Partiyasının lideri Dominik Vlatznı 8,3 faizlə izləyir. Seçkinin nəticələrinə oktyabrın 24-dək Avstriya Konstitusiya Məhkəməsində etiraz edilə bilər.
Ümumilikdə 7 nəfər öz namizədliyini irəli sürüb ki, bu da ölkə üzrə rekord göstərici olub. Avstriyada prezident seçkiləri oktyabrın 9-da keçirilib və seçkilərdə seçicilərin 65,2%-i iştirak edib.
Qeyd edək ki, Avstriya parlamentli respublikadır. Burada prezident əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir: Beynəlxalq arenada ölkə adından çıxış edir və dövlət müqavilələrini imzalayır. O, kanslerliyə və kabinetin digər üzvlərinə namizədləri təsdiq edir, hökumət başçısını və bütün kabineti vəzifədən azad etmək hüququna malikdir. Prezident həm də silahlı qüvvələrin ali komandanıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-10-2022, 19:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər