reklam
Regionxeberlericom.az » Dünya » Qazaxıstanı da Ukrayna SSENARİSİ gözləyir? - SSRİ planının SİYAHISI

reklam

Qazaxıstanı da Ukrayna SSENARİSİ gözləyir? - SSRİ planının SİYAHISI


Rusiya kütləvi informasiya vasitələri postsovet ölkələrində rusofobiyanın hökm sürdüyü qənaətindədirlər.

Rus informasiya maşınları hədə metoduna keçiblər. Yazıların birində bəzi postsovet ölkələrinin rusofobiyaya görə artıq cavab verdiyi vurğalanır:

“Digərləri də əzabların astanasındadır”.

Buna “cəhənnəmə gedən özünə yoldaş axtarır” adını da qoymaq olar. Çünki Rusiyanın hazırkı siyasi-iqtisadi durumu ultimatum verdiyi ölkələrdən pisdir. Məsələn antirus mövqeyinə görə 2008-ci ildə Gürcüstanın, hazırda Ukraynanın yaşadığı çətinlikləri qeyd edən imperialistlər sanki bəzi dövlətlərə xəbərdarlıq edirlər.

KTMT ilə qorxudurlar

Yadınızdadırsa, II Qarabağ savaşı birincidən fərqləndi. Həm ona görə ki, işğal olunan tərəfdən torpaqları qaytarana, məğlubdan qalibə çevrildik. Həm də rusları ofsayda saldıq. Onlar I Qarabağ müharibəsində ermənilərlə birgə törədilən Xocalılar, Ağdabanları 2020-nin payızında təkrarlaya bilmədilər. Bəziləri savaşın Rusiya ilə razılaşdırıldığını, Kremlin kapitulyasiya yolu ilə qərbyönümlü Paşinyanı devirmək istədiyi fikrində idi. Yəni rusların hansısa Soros məhsulunu siyasi bazardan çıxarmaq üçün nəzarət etdiyi torpaqları sahibinə qaytaracağına inanırıqsa, çox məsumuq.

– Rusiya hər vəchlə savaşın dayandırılmasına çalışırdı.

– Azərbaycana tərəf endirilən artilleriya atəşləri Ermənistan sərhədindən reallaşdırılırdı.

Məqsəd Azərbaycanın həmin nöqtəyə cavab atəşinə, hansısa rus sərhədçinin ölümünə nail olmaq idi. Çünki bununla rusların əlinə KTMT bəhanəsi ilə savaşa müdaxilə şansı yaranırdı.

– Tağıyev (Nasosnu) qəsəbəsindəki gurultunu unutmadıq.

– Şuşaya atılan “İskəndər” raketlərinin taleyi Rusiyanın gələcəyi kimi qaranlıq qalıb.

– Naxçıvanda rusların sərhədçi helikopteri vurulandan bir neçə saat sonra atəşkəs haqqında üçtərəfli bəyanat imzalandı.

Əlqərəz, Rusiya Arutyunyan üzümlüklərini itirməmək üçün özünə əl qatmışdı. Qarabağ və Şərqi Zəngəzurdakı qızıl yataqlarından da az qazanmayıblar. Rusiya separatçıların xilaskarı funksiyasına sülhməramlı donu geyindirdi. Türkiyə Ağdamdakı Birgə Monitorinq Mərkəzi və Azərbaycan ilə birgə təlimlərlə kifayətlənməli oldu. Azərbaycanda türk hərbi bazaları yaradılmadı. Ordu tam olaraq türk stilinə (NATO standartlarına) keçmədi. Moskva bütün bunlara qarşı idi. Halbuki Azərbaycanın müdafiə sistemindəki Rusiya 5-ci kolonunun agenturası ələnib. Yaxud hələ də təmizlənir. Rusiyanın məkirli planı sezilən kimi Azərbaycan və Türkiyə liderləri Şuşada görüşdü. Üçüncü ölkələrdən gələn təhdidləri qarşılayan bəyannamə imzalandı.

İki türk liderin Cıdır Düzündən Xankəndiyə baxıb gülümsəməkləri də I Pyotru parodiya edənləri qıcıqlandırıb.

Nəticədə Kremlin KTMT təhdidləri artmağa başlayıb. Ardınca eks Qazaxıstan lideri Nazarbayev Azərbaycana KTMT üzvlüyünü təklif edib. Bakıdan gələn soyuq cavabdan sonra Qazaxıstanda maye qazın bahalaşması etirazları start götürdü. Almatı hadisələri, yanvar faciəsi yaşandı. Nazarbayev siyasətdən getdi. KTMT qüvvələri Qazaxıstana yerləşdirildi, Tokayev hakimiyyətdə qaldı və s.

İndi isə ruslar onun hökumətini rusofobiyada günahlandırırlar. Ruslar SSRİ-nin son 30 ilində Qazaxıstanda tikilən 43 şəhər və zavodlar barədə məlumat verirlər. Məqsəd isə qazaxları aşağılayıb şüurlara belə bir yalan yeritməkdir ki, “biz olmasaq, inkişaf edə bilməz, heç dövlət olmazdınız”. Amma Kreml rusları postsovet ölkələrinin hesabına tarix, mədəniyyət gördüklərini, neft-qaz sata bildiklərini, dünyagörüşlərinin artdığını heç vaxt etiraf eləməzlər. Azərbaycan nefti ilə Hitler faşizminə qalib gəlib Bakıya qəhrəman şəhər adı verməyənlər hamını borclu çıxartmağa çalışır. 10 əsrlik tarixi olanlar özlərini elə aparır, sanki bizim kimi hər iki erada dövlətçiliyə sahib olublar.

P.S. Kələmlə böyüyənlərdən çuğundur üzüqırmızılığı gördük də!

KONKRET.az-ın Analitik Qrupu




Paylaş:


Müəllif : Tarix:
25-10-2022, 16:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər