Qan şəkəri artıq başqa üsulla ölçüləcək - Rus alimlərdən yeni METOD
Qanda şəkərin miqdarı tər damcısı ilə ölçüləcək. Bu üsulu Rusiya alimləri hazırlayıblar.
regionxeberlericom.az Bakupost-a istinadən xəbər verir ki, bu yeni metod biosensor bədəndəki təri fasiləsiz olaraq analiz edir və qanın tərkibində normadan artıq şəkərin miqdarı barədə xəbərdarlıq edir. Alimlər biosensorun prototipini təqdim ediblər və qeyd ediblər ki, bu yeni cihaz şəkərli diabetdən əziyyət çəkənləri tez-tez qan analizi verməkdən xilas edəcək. Onların sözlərinə görə, yeni biosensor yüz milyonlarla diabetli insanın həyatını yaxşılaşdıracaq.
Könüllülər üzərində keçirilən testlər zamanı aydın olub ki, qanda şəkərin miqdarının müəyyən edilməsinin qeyri-invaziv metodu diabetin monitorinqi məqsədilə qanla tər arasında olan korrelyasiyanı ölçməklə həyata keçiriləcək.
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, planetimizdə əhalinin 5 faizi şəkərli diabetdən əziyyət çəkir. Diabet ürək-damar xəstəlikləri, korluq, aşağı ətrafların amputasiyası, böyrəklərin fəaliyyətinin pozulması və digər ağır fəsadlara səbəb olur. Bu xəstəliklərin inkişafının qarşısını almaq üçün diabetdən əziyyət çəkən insanlar qanın tərkibində qlükozanın səviyyəsinin müəyyən normalar daxilində qalmasına nəzarət etməlidirlər. Lakin qan analizi onlarda rahatsızlığa səbəb olur və müəyyən risklər yaradır.
Bu səbəbdən alimlər uzun müddətdir ki, qeyri-invaziv metodlar üzərində iş aparırlar. MDU-nun laboratoriyalarında hazırlanmış biosensor prototipi qlükooksidaz fermenti daxil edilmiş platin elektroddan ibarətdir. Onun daxilində tərdə olan qlükoza qlükooksidazla birləşir və nəticədə hidrogen peroksid yaranır. Bu maddə isə dolayısı ilə qlükozanın səviyyəsini müəyyən edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-07-2019, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-07-2019, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:50
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 08:57
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:32
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Dünən, 12:24
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
22-01-2025, 22:25
Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
22-01-2025, 12:32
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
22-01-2025, 12:12
Tramp Baydenin 78 qərarını ləğv etdi – ABŞ ÜST və beynəlxalq iqlim sazişindən çıxdı
22-01-2025, 10:54