reklam
Regionxeberlericom.az » Dünya » Başından böyük danışan İranın HƏRBİ GÜCÜ YETƏRLİDİRMİ... - Ekspert incələyir...

reklam

Başından böyük danışan İranın HƏRBİ GÜCÜ YETƏRLİDİRMİ... - Ekspert incələyir...


İran hakimiyyətinin yürütdüyü daxili və xarici siyasət ölkə həyatının bütün sahələrinə mənfi təsir göstərir. Rusiyanın Ukraynadakı müharibədə İran istehsalı olan kamikadze dronlardan istifadə etməsi Tehrana qarşı yeni qadağaların tətbiqini gündəliyə gətirib. İslam Respublikası Ukraynada tətbiqi üçün Rusiyaya dronlar tədarük etməkdə ittiham olunur. Bu səbəbdən Avropa İttifaqı və Böyük Britaniya ötən həftə İrana qarşı sanksiyalar tətbiq edib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqiri, İran Müdafiə Nazirliyi yanında Sənaye Araşdırmalar Birliyinin direktoru, general Seyid Höcətullah Qureyşi və İnqilab Keşikçiləri Qvardiyası Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Seyid Ağacani sanksiya siyahısına daxil edilib. Bu qadağalara ABŞ-ın yaxın günlərdə qoşulacağı gözlənilir. Bununla belə, Ağ Ev hələ sentyabrın əvvəlində Rusiyaya göndərilən pilotsuz təyyarələrlə bağlı İranın 4 şirkətinə və 1 fiziki şəxsə sanksiya tətbiq edib.

Politoloq Sədrəddin Soltan deyib ki, əslində, İran istehsalı olan dronlar Ukraynanın istifadə etdiklərindən zəif görünür. Xəbərlərə əsasən, İranın 273 “Şahed-136” PUA-sı məhv edilib. İran bu dronları ABŞ və İsraildən oğurlanan texnologiyalar əsasında hazırlayıb. Ancaq texnologiya əsl olmadığından onların döyüşlərdə ABŞ, İsrail, Türkiyə dronlarına məğlub olduğu Ukraynada təsdiqlənir: "Sanksiyalara görə, İrana yeni texnologiyalar verilmir. Bu səbəbdən İslam Respublikasının bu sahədə plagiatlıq etdiyi bildirilir. Bu isə “istehsal” olunan hərbi texnika və avadanlığın keyfiyyət göstəricisinə mənfi təsir göstərir. Hərbi təyyarələr 1970-ci illərə və daha əvvəllərə aid modellərdir. Belə hərbi hava maşınlarında istifadə edilən detalların müddəti bitdiyindən təlim və başqa məqsədlə keçirilən uçuşlar zamanı tez-tez qəzaya uğrayır, yaxud döyüş tapşırıqlarını yerinə yetirə bilmir. Qeyd edək ki, 1925-ci ildən 1979-cu ilədək İran hərbi texnika, silah və sursatı əsasən, ABŞ, Böyük Britaniya, Fransa, AFRŞ, İtaliya, İsrail və SSRİ-dən alırdı. 1980-88-ci illərdə İraqla müharibədə şahdanqalma silah arsenalı Tehran hakimiyyətinin əhəmiyyətli dərəcədə işinə yaradı. Bununla belə İran müharibə zamanı SSRİ, Şimali Koreya, Braziliya və Çindən silah almağa başladı. Pandemiyadan əvvəl 2018-ci ildə İslam Respublikasının müdafiə büdcəsi 18 milyard dollar təşkil edib. Halbuki, həmin dövrdə İranın rəqibi Səudiyyə Ərəbistanı bu sahəyə 70 milyard dollara yaxın vəsait xərcləyib. İran hərbi təyyarələrin modeli və sayına görə də Səudiyyə Ərəbistanından geri qalır. İranın inqilab keçikçiləri qvardiyası ilə birlikdə 523 min hərbçisi olduğu bildirilir. Ehtiyatda 350 min hərbçi var. Təbii ki, bu, rəsmi məlumatlardır. Yəni rəqəmlər fərqli də ola bilər. Çünki İslam Respublikasının Silahlı Qüvvələrinin fəaliyyəti və xərcləri haqqında məlumat şəffaf deyil".

Ekspert bildirib ki, İranda silahlı qüvvələr daxilində daim qarşıdurma olub: "Bu il qvardiya daxilində çoxsaylı müəmmalı qətllər, istefalar, yoxaçıxmalara dair yayılan xəbərlər də bunu təsdiqləyir. Təhlükəsizliyi təmin etmək üçün İranın hərbi qüvvələrinin sayıqlığı da aşağı səviyyədədir. 4 il öncə sentyabrın 24-də İranda hərbi paradda törədilən terror aktını buna nümunə olaraq göstərə bilərik. Əl-Əhvaz şəhərində keçirilən paraddakı hadisə nəticəsində 28 nəfər həlak olub, daha 60 nəfər yaralanıb. Belə faktlar İran ordusunun hərbi texnika və silahlarının region dövlətlərindən xeyli zəif olduğunu təsdiqləyir. İran bu alayarımçıq silahları və hərbi qurğuları ilə region dövlətlərini hədələyir, savaşmaq üçün vurnuxur. İsrail, NATO və ABŞ-ı təqlid edir. Tehran hakimiyyəti bu ölkələrin 30 il əvvəlki texnologiyaları əsasında texnika hazırlamaqla onlara qarşı mübarizə aparmağa səy göstərir. Odur ki, İranın hərbi texnika nümayişi və hərbi ritorikası daha çox hədələmək üçündür".




Paylaş:


Müəllif : Tarix:
29-10-2022, 09:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər