Ruslar baş nazirin telefonunu dinləyirmiş - Nazirlərə mobil telefondan istifadə qadağan edilir
Böyük Britaniyanın bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılan baş naziri Liz Trussın telefon danışıqlarının ruslar tərəfindən dinlənilməsi ilə bağlı iddialar ölkədə təhlükəsizlik böhranı yaradıb.
Britaniya mediası yazır ki, L. Truss dövlət katibi olarkən, Moskvada işlədiyi güman edilən hakerlər onun mobil telefonunun kodunu sındıraraq casus proqramı yükləyiblər.
Haker hücumunun yayda, İngiltərədə hakim partiyadaxili liderlik yarışı zamanı baş verdiyi bildirilir. Lakin Boris Conson və Nazirlər Kabinetinin katibi Simon Keysin xəbərin gizlədilməsinə əmr etdiyi üzə çıxdıqdan sonra qalmaqal böyüyüb.
İngiltərədə müxalifət qanadına bu milli təhlükəsizlik məsələsini gizlətmək səlahiyyəti verilərkən, xəbərin seçkilər səbəbiylə gizlədilməsi böyük bir qalmaqal sayılır.
Kremlin L. Trussın mobil telefon kodunun sındırması şübhəsi təhlükəsizlik məhdudiyyətinə səbəb olub. Bu səbəbdən Britaniya kəşfiyyatı nazirlərə mobil telefonlardan istifadəni dayandırmaq əmri verib. Həmçinin bildirilib ki, nazirlərə dövlət işlərində şəxsi telefonlardan istifadə qadağası barədə xəbərdarlıq ediləcək.
Nazirlərə heç vaxt dövlət işləri üçün şəxsi mobil telefonlarından istifadə etməməsinə dair xəbərdarlıq ona görə edilir ki, Rusiya, Çin, Şimali Koreya və İran kimi düşmən dövlətlərin hədəfi ola bilərlər.
Telefon kodunun sındırılması zamanı bir ilə qədər olan mesajların ələ keçirildiyi, bu mesajlarda Ukraynaya silah göndərilməsi kimi mövzularda xarici işlər nazirləri ilə həssas müzakirələrin aparılmasının olduğu da güman edilir.
Xatırladaq ki, keçən ilin bu vaxtlarında İsrailin texnologiya şirkəti “NSO Group” tərəfindən hazırlanmış “Pegasus” casus proqramından hökumətlər fəalları, jurnalistləri, iş adamlarını və siyasətçiləri izləmək üçün istifadə edib.
Fransa prezidenti Emmanuel Makronun da adının hallandığı və böyük böhrana səbəb olan qalmaqal Avropada gərinliyi artırıb. 2021-ci ilin sentyabrında başlayan qalmaqalda Fransada 5 nazirin cib telefonlarında “Pegasus” casus proqramın izləri aşkar edilib.
Dünya mətbuatında da əksini tapan xəbərlərdə təhsil naziri Jan-Mişel Blankerin, ərazi inteqrasiyası naziri Jaklin Quronun, kənd təsərrüfatı naziri Julien Denormandienin, mənzil-tikinti naziri Emmanuel Varqonun və hökumət nazirinin mobil telefonlarından bəhs edilirdi.
Fransanın digər rəsmisi Sebastian Lekornun da 2019 və 2020-ci illərdə "Pegasus" casus proqramının hədəfinə çevrildiyi məlum olub. Sözügedən nazirlərin və Yelisey Sarayından bir məmurun cib telefonlarında aparılan araşdırmalarda “Pegasus” casus proqramının izləri aşkarlanıb.
Onu da qeyd edək ki, bu ilin avqust ayından etibarən Yunanıstan günlərlə “telsiz dinləmə” qalmaqalı ilə üzləşib. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Afinada böyük qalmaqala səbəb olan hadisə ilə bağlı susqunluğunu pozaraq, “Mən nə baş verdiyindən xəbərsizdim. Bilsəydim, heç vaxt icazə verməzdim”, - demək məcburiyyətində qalıb. Məlum olub ki, yunan Milli Kəşfiyyat Təşkilatının (EYP) sədri Panagiotis Kontoleon, Panhellenik Sosialist Hərəkatının (PASOK) lideri Nikos Androulakis və CNN Yunanıstanın iqtisadiyyat müxbiri Thanasis Koukakisin telefonlarını dinləmək göstərişi verib. //Reyting.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:1-11-2022, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər