Çində altı ay sonra koronavirusdan ölüm qeydə alındı: Yoluxma artır
Çində COVID-19-dan son altı ayda ilk ölümlər Pekində qeydə alınıb. Paytaxtda üç nəfər virus səbəbindən həyatını itirib.
Ciddi formada sıfır COVID siyasətinə baxmayaraq, yoluxma hallarının sayı artır. Dünya koronavirusla həyata uyğunlaşarkən Çində kütləvi “lokdaun”lar, testlər və karantinlər mövcuddur.
Bir gün əvvəllə müqayisədə Pekində yoluxma sayı 621-dən 962-yə qalxıb. Ölkədə yoluxma apreldəki pik həddə yaxınlaşıb, son 24 saat ərzində 26 824 yerli sakində infeksiya qeydə alınıb. Xəstəliyin artması səlahiyyətlilərin koronavirus məhdudiyyətlərini yumşaltmaq, xüsusən də ölkəyə gələn turistlər üçün karantin müddətinin azaldılması ilə bağlı gözlənilməz qərarından sonra baş verib. Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi karantin tədbirlərinin daha da optimallaşdırılmasının mümkün olduğunu bildirib.
Buna baxmayaraq, ekspertlər koronavirus məhdudiyyətlərinin yumşaldılması qərarının vaxtından əvvəl verildiyi qənaətindədirlər.
Mənbə: The Guardian
Paylaş:
Müəllif : Yazar
Tarix:21-11-2022, 12:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər