Fars-molla rejiminin MAVİ GECƏLƏRİ... - İran əyanlarının övladları KEYF EDİR...
Özünü “məzlumların hamisi” (Mustazafin) elan edən Xomeyninin nəvələri bu gün Avropa paytaxtlarında fotoobyektlərə Dolce & Gabbana və BMW-lərlə poz verir. İnqilabdan sonra şah rejimindən qalan sərvətin “kasıblara paylanacağı”, “bərabər bölünəcəyi” vədlərinin siyasi oyunbazlıqdan başqa bir şey olmadığı üzə çıxır. Yüz milyardlarla dolların, sadəcə “əl dəyişdirdiyi”, varlananların ayətullahlar, lüks içində yaşayanların isə onların övladları və yaxınları olduğu görünür. İranlı sosioloq və araşdırmaçı Hossein Qazianın da yazdığı kimi, inqilabın dəyərləri onu həyata keçirənlərin özləri və övladları üçün dəyişdirildi.
İnqilabdan sonra İranda piramidaya bənzər mexanizm yaradıldı və ölkənin sərvətləri, həm də “məzlumların hamisi” kimi təqdim edilən Xomeyninin siyasi-dini ideologiyasının ixrac edildiyi bütün şiə dünyasından gələn ianələr “qüdrətli dördlük” adlanan şəbəkənin cibinə daxil olmağa başladı.
1. “Sonuncu peyğəmbər” (Xatəm-əl Ənbiya) qərargahı: SEPAH-ın birbaşa nəzarətində olan şirkətlər qrupudur;
2. “İmam Xomeyni Əmrinin İcrası Qərargahı” – EİKO (İmamın İcra Qərargahı –fars: Setad-e Ejray-ye Farman-e Hazrat-e Emam): maliyyə, neft və telekommunikasiya şirkətlərini birləşdirən fond;
3. “Bonyade Mostəzəfin” (Məzlumlar vəqfi): inqilabdan sonra şah rejiminin üzvlərinin müsadirə edilmiş əmlakları əsasında qurulan vəqf İranın bütün sferalarında ciddi paya sahibdir;
4. Astan Qüds Rəzəvi (Astan-e-Qods bonyad) – “İmam Rzanın hərəmi” fondu: Məşhəd şəhərində fəaliyyət göstərən, 50-dən çox şirkət və fabriki özündə birləşdirən təşkilat ciddi maliyyə imkanlarına sahibdir;
Dini liderin təpəsində dayanan “qüdrətli dördlüy”ün bir neçə əsas gəlir mənbəyi var:
- şah dövründən qalan var-dövlət və mülklər;
- ölkənin yeraltı və yerüstü sərvətləri;
- şiə coğrafiyasından “xüms”, “zəkat” adı ilə toplanan xərac;
Söhbət yüz milyardlarla dollardan gedir və bu sərvət iddia edildiyi kimi, nə sosial-iqtisadi çətinliklə yaşayan İrandakı əhaliyə, nə də şiə dünyasındakı “din qardaşlara” xərclənmir, molla rejiminin qorunmasına, eləcə də bütün coğrafiyada siyasi-dini ambisiyalarının icrasına sərf edilməklə yanaşı, ayətullahların və övladlarının rifah, hətta eyş-işrət içində yaşaması üçün göyə sovrulur. Çünki onlar “ağazadə”lərdir.
İranda əhali lüks içində yaşayan ayətullahların övladlarını belə adlandırır: “AĞAZADƏ”.
İranlı jurnalist Əmir Əhmədi Aranian “Nyu-York Times” üçün qələmə aldığı məqalədə yazır ki, zəngin iranlı gənclər öz sərvətlərinin mənbələrindən xəbərsiz yeni aristokrat təbəqə kimi davranırlar.
“Onlar həyasızcasına Tehran küçələrində Porsche və Maserati sürürərək, kasıbların gözü qarşısında gəzir, bu haqda sosial şəbəkələrdə yazırlar. Hicabın məcburi olduğu, spirtli içkinin qadağan edildiyi İranda hakimiyyət üzlərinin övladları çimərliklərdə içki içərək əylənir, hicab taxmadan eyş-işrətlə məşğul olurlar”, - jurnalist yazır.
İnqilabın banisi Xomeyninin nəvələrindən tutmuş səfirlərin övladlarına qədər bütün “ağazadə”lər İranın sərt şəriət qanunlarının fövqündə dayanır.
“Məzlumların hamisi”nin nəticəsi Yasəmən Eşqarinin BMW maşını və Dolce&Cabana brendindən olan çantalarla verdiyi poz ən sadə nümunələrdəndir: çantalardan birinin qiyməti 3800 dollardır, digər nəticəsi Zəhra Eşqari isə 1600 dollarlıq “Burberry” çantasına üstünlük verir; onlar Tehranın şimalında yüksək təbəqəli insanların yaşadığı “Niavaran” küçəsində - şahın keçmiş sarayının yaxınlığında dəbdəbəli villada həyat sürürlər;
Yaxud nəvə Əhməd Xomeyninin dəbdəbəli həyatını, din xadimi olsa da, dünyanın bütün “nemətlərindən” gen-bol istifadə etməsini İranda bilməyən qalmayıb.
Xomeyni məzlumların haqqından öz övladları üçün yaxşı miras qoyub. İran inqilabının mirası da təkcə “şəriət qanunları”, teokratik rejim, yaxud “şallaq cəzası” yox, həm də “Tehranın zəngin uşaqları”dır. Bir müddət öncə “İnstagram” sosial şəbəkəsində “The Rich Kids Of Tehran” səhifəsi molla rejiminin gerçəklərini bütün çılpaqlığı ilə ortaya çıxardı.
- Son model avtomobillərlə yollarda keçirilən yarışlar;
- Hicabsız və açıq-saçıq geyimləri ilə seçilən qızların gecə əyləncələri;
- Hovuzda verilən çılpaq partilər;
- Pulların “göyə sovrulması” şouları;
- Dəbdəbəli villalarda təşkil edilən əyləncələr;
- Ən bahalı spirtli içkilərin bəzədiyi məclislər;
Və Las-Veqası geridə qoyan Tehran.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-11-2022, 17:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər