“İranda 14 min etirazçı həbs olunub, 300-dən çoxu öldürülüb” - BMT
“Sentyabrın 16-da İranda Məhsa Əmininin həbsdə öldürülməsindən sonra başlayan hazırkı etirazlar bütün ölkəni əhatə edib. İranın bütün 31 vilayətində 150-dən çox şəhər və 140 universitetdə etiraz aksiyaları keçirildiyi bildirilir”.
Bunu BMT-nin İnsan Hüququları üzrə ali komissarı Folker Türk noyabrın 24-də qurumun İnsan Hüquqları Şurasının xüsusi iclasında bildirib.
O bildirib ki, aksiyalarda indiyədək 40-ı uşaq olmaqla 300-dən çox insan öldürülüb:
“Əldə etdiyimiz məlumata görə, etirazlar kontekstində indiyədək uşaqlar da daxil olmaqla 14 minə yaxın insan həbs edilib. Hətta aksiyalarda iştirak etməkdə şübhəli bilinən uşaqların məktəbdə həbs olunması ilə bağlı xəbərlər məni narahat edir. Rəsmi mənbələrə görə, etirazlar kontekstində həbs edilmiş ən azı 21 nəfər hazırda ölüm cəzası ilə üz-üzədir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-11-2022, 17:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər