Rusiyanın bu ölkədəki səfirliyinin işığını və qazını kəsmək istəyirlər

Çexiyada Rusiyanın ölkədəki səfirliyinin qazının, elektrik enerjisinin və suyunun kəsilməsinə çağırış edən petisiya başladılıb.
Regionxeberlericom.az “Unian”a istinadən xəbər verir ki, sözügedən petisiya “petice.com” saytında yerləşdirilib.
Layihə rəhbərləri qeyd edib ki, onlar bununla Rusiya səfirliyinin əməkdaşlarının Kiyevdə qaranlıqda qalan sakinlərin nə hiss etdiklərini anlamasını istəyirlər.
Bildirilir ki, Rusiya ordusu artıq bir neçə həftədir Ukrayna şəhərlərini və kəndlərini raket atəşinə tutur. Atəş nəticəsində evlər, məktəblər, uşaq bağçaları, mağaza və fabriklərlə yanaşı, xəstəxanalar da işıqsız qalıb.
“Rusiyaya məxsus bütün əmlakın qazının, işığının və suyunun kəsilməsini tələb edirik”, - deyə petisiyada qeyd olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2022, 10:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-11-2022, 10:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB