reklam
Regionxeberlericom.az » Dünya » 4 ölkənin iflasa uğrayan Qarabağ “döyüşü” - GƏLİŞMƏ

reklam

4 ölkənin iflasa uğrayan Qarabağ “döyüşü” - GƏLİŞMƏ


Erməni silahlı birləşmələrinin Qarabağda hərbi fəallığının artması bölgədə lokal müharibəyə gətirib çıxara bilər.

Son zamanlar sülh danışıqlarının passiv mərhələyə keçməsi bölgədə hərbi təxribatların artması ilə müşahidə olunur. Eskalasiyanın baş verəcəyinə dair proqnozların tez-tez səslənməsi də bununla bağlıdır. Bu isə Ermənistanın hazırda sülh danışıqlarında maraqlı olmadığını gəstərir. Yəni Ermənistan xaricdəki tərəfdaşlarının dəstəyi ilə İkinci Qarabağ müharibəsindən sonra fornmalaşmış status-kvonu dəyişməyə çalışır. Ermənistan əvvəlki iki müharibədən fərqli olaraq, bu dəfə Azərbaycanla birbaşa müharibəyə girməkdə maraqlı deyil. Çünki Ermənistanın buna nə hərbi, nə də maliyyə resurları imkan verir.

Baş nazir Nikol Paşinyan da bütün siyasi spekulyasiyalarına baxmayaraq, Azərbaycanla müharibədən yayınmağın vacib olduğunu anlayır. Çünki üçüncü müharibə yalnız Qarabağda separatçı rejimin varlığına son qoymayacaq, həm də Zəngəzurun itirilməsi ilə nəticələnə bilər. Ona görə də Ermənistan prosesə Rusiya, Fransa, İran, Hindistan kimi “oyunçu”ları cəlb etməklə yeni geosiyasi konyuktur formalaşdırmaq istəyir.

Yəni Paşinyan hakimiyyəti Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları mövzusunu danışıqlar predmetinə çevirməklə dolayısı ilə status məsələsini yenidən gündəmə gətirir. Lakin Qarabağdakı ermənilərin gələcək müqəddaratı Azərbaycanın daxili işi olduğundan, rəsmi İrəvanın mövqeyi ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil edir.

Bu səbəbdən, Ermənistan xarici dövlətlərin imkanlarından istifadə etməklə bölgədə yeni münaqişə ocağı yaratmağa və Azərbaycana təzyiq alətləri yaratmağa səy göstərir. Nikol Paşinyanın Soçi görüşündə Rusiya sülhməramlı qüvvələrinin missiyasını 15-20 ilə qədər uzatmaq və Qarabağ məsələsinin həllini gələcəyə saxlamaq təklifi, məhz erməni əhalinin təhlükəsizliyinin təminatı adı altında mövcud status-kvonu dondurulmuş mərhələyə keçirməyə hesablanıb. Yəni Ermənistan niyyəti Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasının qarşısını almağa hesablanıb.

Əvəzində isə Rusiyaya bölgədə 15-20 il müddətinə hərbi kontingent saxlamaq təklif olunur ki, bu da Kremlin regionla bağlı planlarına əvvəldən daxildir. Son iki ildə baş verən proseslər də göstərdi ki, Rusiya ermənilərin təhlükəsizliyini təmin etmək adı altında faktiki olaraq, separatçı rejimi himayə etməklə məşğul olur. İndi isə Kreml Rusiya vətəndaşı Ruben Vardanyanı Araik Arutunyanın yerinə gətirməklə Azərbaycan ərazisində qanunsuz kvazi erməni dövləti yaratmağı və onu qorumağı planlaşdırır. Bu, həm də Rusiyaya Azərbaycan ərazisində uzunmüddətli hərbi fəaliyyətini saxlamağa imkan verir. Prezident İlham Əliyevin Soçidə bu təklifdən imtina etməsi də sözügedən planın Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinə zidd olması ilə bağlı idi. Rusiyanın bu mövqeyi taktiki baxımdan, Cənubi Qafqazda geosiyasi aktora çevrilməyə çalışan Fransanın və İranın da maraqlarına cavab verir.

Çünki hər iki ölkə bölgədə yeni münaqişənin baş verməsində maraqlıdır. Eyni zamanda, Fransa və İran Cənubi Qafqazda Türkiyənin artan təsirinin qarşısını almağa çalışır. Yəni həm Fransa, həm də İran Ermənistan üzərindən bölgəyə nüfuz etmyə çalışır və Rusiyanı da əlavə etsək, bu üç dövlət Çinlə Avropa arasındakı nəqliyyat və ticarət əlaqəsini təmin edəcək “Bir kəmər-Bir yol” layihəsinin orta dəhlizinin Cənubi Qafqazdan keçən hissəsinə nəzarət uğrunda fəallaşıb. Ancaq adıçəkilən nəqliyyat “hub”ı ilə bağlı rəqabətdə Türkiyə, ABŞ, Avropa İttifaqı da iştirak edir. Regiona marağın artması geosiyasi rəqabətə və qarşıdurmaya şərait yaradır.

Əslində, qeyd edilən prosesin digər mühüm səbəbi Rusiyanı Cənubi Qafqazda əvəz etmək istəyi ilə bağlıdır. Hətta Türkiyəyə, ABŞ-a qarşı mübarizədə taktiki baxımdan, Kremlin yanında yer alan Fransa və İran da Rusiyanın Ukraynadakı müharibədfə mğlub olub Cənubi Qafqazı tərk edəcəyini gözləyir. Bu rəqabətin dərinləşməsi Paşinyan hakimiyyətinə sülh sazişindıən yayınmaq üçün yeni manevr imkanları açır. Ermənistan rəhbərliyinin son vaxtlar danışıqlardan yayınaraq müharibə ritorikasına üstünlük verməsi də bununla əlaqədardır.

Ermənistan elitasında yeni müharibəyə hazırlaşmaq barədə çağırışlar artıq tez-tez eşidilir ki, bu da bölgəyə kənar “oyunçu”ların müdaxiləsi ilə bağlıdır. Məsələn, Hindistan Ermənistana hərbi dəstək verməklə Azərbaycana qarşı müharibəni qızışdıran tərəfə çevrilməkdədir. Çinlə Avropa arasındakı orta dəhlizin reallaşmasında maraqlı olmayan Hindistan bölgədə növbəti münaqişə yaratmaqla İran və Ermənistan üzərindən Avropa bazarına çıxışı təmin etməyə çalışır. Eləcə də, Hindistan Ermənistanın yaratdığı münaqişəyə yeni silah bazarı kimi baxır. Lakin ötən illərin təcrübəsi göstərdi ki, Ermənistan belə hallarda proseslərə daha çox maksimalist yanaşma nümayiş etdirir. Yəni müharibə başlayacağı təqdirdə, adıçəkilən dövlətlərin heç biri Ermənistanın əvəzindən Azərbaycana qarşı döyüşməyəcək və Paşinyan yenə də təklənə bilər. Bunu Ermənistan müxalifətinin fəallarından olan Edqar Zakaryanın açıqlaması da təsdiq edir. Zakaryan Ermənistan-Azərbaycan sərhədinə gələn Avropa İttifaqı missiyasının laqeyd münasibətindən narazılıq edib.

“Missiyanın məqsədi sərhəd komitələrinin hesabatları vasitəsilə onlara inam və dəstək yaratmaqdır. Avropa İttifaqının mülki missiyasının iki aylıq müddəti başa çatmaq üzrədir və bu müddət ərzində o, demək olar ki, gündəlik sərhəd hadisələri ilə bağlı heç bir hesabat dərc etməyib və fəaliyyətə başlamamış sərhəd komissiyalarının işinə heç bir töhfə verməyib. Amma digər tərəfdən, sərhəddə gərginliyin artması və mümkün yeni irimiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar hər tərəfdən təsdiqlənir”.

Göründüyü kimi, Paşinyanın hesablamaları düz çıxmır və Avropa İttifaqı bölgədə status-kvonun dəyişməsində maraqlı deyil. Hesabatların Ermənistanı qane etməməsi Avropa mülki missiyasının sərhəd mübahisələrini Azərbaycana qarşı təzyiq yolu həll etmək niyyətində olmadığını deməyə əsas verir. Müşahidəçilər delimitasiya və demarakasiya prosesi aparılmadan Ermənistanın ərazi bütövlüyü barədə danışmaqda maraqlı görünmür. Qeyd edək ki, analoji yanaşmanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dövlət başçıları noyabrın 23-də İrəvanda keçirilən sammitində də nümayiş etdirərək Paşinyanı məyus etmişdi.

Müşfiq Abdulla

Cebhe.info




Paylaş:


Müəllif : Tarix:
2-12-2022, 13:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər