Parisdə Arayikə hansı vədlər verilib? - İLGİNC
Xəbər verildiyi kimi, ötən günlərdə Qarabağdakı erməni separatçılarının rəhbəri Aarayik Harutyunyan Fransaya gedib. Həmin səfəri çərçivəsində Harutyunyan Fransanın bir sıra dövlət rəsmiləri, erməni diasporunun nümayəndələri və Senatın deputatları ilə görüşüb.Regionxeberlericom.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Parisdə xoş qarşılanan Arayik hətta çıxdığı efirlərdə “Qarabağın prezidenti” kimi təqdim olunub.
Bildirək ki, Arayik Harutyunyanın Fransa səfərindən sonra separatçılar bir xeyli ümidləniblər. Onlar hətta Qarabağda “yeni mərhələnin” başlandığını belə dilə gətirməyə başlayıblar. Belə ki, erməni siyasi fəal Avetik Çələbyan “Hraparak” qəzetinə verdiyi açıqlamasında deyib ki, “yeni mərhələ” Fransa səfərindən sonra başlayıb və onların “müstəqillik” əldə etmələri üçün şanslar yaradıb.
Çələbyanın iddiasına görə, Fransa hökuməti Arayik Harutyunyana bir sıra vədlər də verib. Lakin o, bu vədlərin nədən ibarət olacağı barədə heç nə deməyib. Sadəcə, bildirib ki, proses yeni başlayır və Qarabağ erməniləri “diplomatik”, “siyasi”, “hərbi texniki” və digər məsələlərdə ciddi dəstək əldə edəcək. Onun sözlərindən belə başa düşülür ki, bütün bu dəstəkləri onlara Fransa verəcək.
Qeyd edək ki, Qarabağda son zamanlar yaşanan bəzi hadisələr, habelə separatçıların nümayəndələrinin ruslarla toqquşma vəziyyətinə gəlmələri belə bəzi mətləblərdən xəbər verir. JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçılar son zamanlar Fransanın mövqeyindən çıxış edərək, onları həm Laçın dəhlizinin təhlükəsizliyinin təminatçısı olmalarını istəyirlər. Həm də Fransanın sülhməramlı missiyanın tərkibində Qarabağa gəlməsini tələb etməyə başlayıblar.
Bu onu deməyə əsas verir ki, Parisdə keçirilən görüşlərdə Arayik Harutyunyana bəzi vədlər verilib. O vədlər sırasında hərbi texniki yardım məsələsi də var. Lakin Fransa bu hərbi-texniki yardımı hansı şəkildə və necə Qarabağa verəcək, məlum deyil. Düzdür, 90-cı illərin təcrübəsindən bəllidir ki, Fransa Qarabağdakı quldur dəstələrini silahlandırmaq üçün onlara bir çox yardımlar edib. Həmin vaxt Paris zəlzələ qurbanlarına (Spitak zəlzələsi) yardım adı ilə Ermənistana xeyli silah və sursat göndərmişdi. Amma indi nə 90-cı illər deyil, nə də Azərbaycan həmin dönəmdəki qədər çətin durumda yaşamır. Yəni, əgər Paris belə bir addım atarsa, bunun lazımi şəkildə cavabını da alacaq. Üstəlik, həmin silahların Qarabağa keçirilməsinə imkan belə verməyəcək.
Diplomatik sahədə dəstəyə gəlincə, bu mümkündür. Onsuz da Fransa uzun müddətdir ermənilərin mövqeyini qorumaqla məşğuldur. Yəni, burada qeyri-adi heç nə yoxdur.
Beləliklə, istər Ermənistan, istərsə də Qarabağdakı separatçılar Rusiya ilə münasibətləri korlamadan, ehtiyatlı bir şəkildə Fransanın patronajlığı altına keçməyə çalışırlar. Bunun üçün atdıqları addımlardan da aydın olur ki, hər iki tərəf maksimum dərəcədə tələsir və daha çox yardımlar almağa çalışırlar. Eyni zamanda, prosesi Qarabağdan başladıb, oradakı rusları fransızlarla əvəzləmək üçün bütün addımları atmağa hazırlaşırlar. Amma buna nail ola bilcəklərmi?
Paylaş:
Müəllif : Yazar
Tarix:12-12-2022, 12:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər