Hulusi Akardan Yunanıstana xəbərdarlıq
“Yunanıstan əsassız, məntiqsiz və qeyri-qanuni tələb və iddialarla, davamlı təxribat xarakterli hərəkətləri və aqressiv ritorika ilə gərginliyi artırmaq üçün hər cür cəhd edir”.
Bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin komandanlığı və bölmə komandirlərinin iştirakı ilə videokonfrans formatında görüşündə deyib.
O, Egey və Şərqi Aralıq dənizində baş verən son hadisələrə toxunaraq bildirib ki, Yunanıstanın törətdiyi hər cür ədalətsiz və qanunazid hərəkətlərə qarşılıq vermək çərçivəsində diplomatik sahədə və yerlərdə lazımi addımlar atılır.
“Bizim gözləntimiz ondan ibarətdir ki, bəzi yunan siyasətçiləri və hərbi xadimləri daxili siyasi məqsədlər üçün öz barışmaz və təxribatçı mövqelərindən dərhal əl çəksinlər, problemlərin dialoq yolu ilə həllinə diqqət yetirsinlər və tarixdən dərs alsınlar. Gələcəklərinin yaxşı olmasını istəyənlər dünənin və bu günün səhvlərindən dönməlidirlər”, - deyə Akar vurğulayıb.
Mənbə: Hürriyet
Paylaş:
Müəllif : Yazar
Tarix:12-12-2022, 17:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər