reklam
Regionxeberlericom.az » Dünya » Güney Azərbaycan MƏSƏLƏSİ: Hər şey bitdimi? - Müvəqqəti də olsa, susmalı deyilik...

reklam

Güney Azərbaycan MƏSƏLƏSİ: Hər şey bitdimi? - Müvəqqəti də olsa, susmalı deyilik...


Molla rejimi ilə mübarizə aparan Güney Azərbaycandakı bacı və qardaşlarımıza Quzey Azərbaycanın - yəni bizim dəstəyimiz vacibdir... Artıq belə bir mərhələyə gəlib yetişmişik.

Bir müddət əvvələ qədər rəsmi Bakı Güney Azərbaycan məsələsinə daha net mövqe ifadə edirdi. İndi isə səngimiş kimi görünür. Amma bu gün daha çox ehtiyac var. Fars-molla rejimi artıq Güney Azərbaycan türklərini öldürməyə başlayıb. Bu məsələyə rəsmi Bakının münasibət bildirməsi lazımdır.

Hələlik molla rejiminin Azərbaycandakı nümayəndəsi hesab olunan səfirini XİN-ə çağırıb soydaşlarımızın durumu ilə bağlı məsələdən narahatçılığımız rəsmən ifadə olunmalıdır. Ardından da daha sərt reaksiyalar verilməlidir. Başqa variant yoxdur.

Güney Azərbaycan türklərini - yəni İran adlanan siyasi ərazidəki 40 milyonluq insanlarımızı təkcə sözdə yox, əməldə də müdafiə etməliyik.

Lazım gələrsə, lap elə ordumuzun gücü ilə də... Prezident İlham Əliyevin Güneylə bağlı çağırışlarına molla rejimi Arazdakı hərbi təlimləri ilə reaksiya vermişdi. Ardından Azərbaycan ordusu təkbaşına, daha sonra isə Türkiyə ordusu ilə birgə həyata keçirdiyi təlimləri ilə layiqli cavab verdi. Bütün bunlar lazım idi.

İran isə işini anladı. Ardından da İsrailin gərəkən reaksiyası, eləcə də Səudiyyə və Pakistanın da məsələ ilə bağlı mövqe ifadəsi ortaya belə bir mənzərə çıxxardı ki, Azərbaycan yalnız deyil.

Yəni qorxacaq yerimiz yoxdur... güvənəcək yerimiz isə çoxdur...

Buna rəğmən bizlər görünəni odur ki, Güney Azərbaycan məsələsinə gündəlik siyasi predmet kimi baxırmış kimi təəssüratı yaratmış oluruq. Güney Azərbaycan məsələsi isə bizim üçün HƏDƏFDİR... Bizi böyüdəcək, bizi tam edəcək hədəf...

Susmalı deyilik....

Məhəmməd ƏRSOY

DİA.AZ-ın Baş redaktoru




Paylaş:


Müəllif : Tarix:
17-12-2022, 13:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər