reklam
Regionxeberlericom.az » Dünya » Rəsmi Moskva Paşinyanın ittihamlarına cavab verdi

reklam

Rəsmi Moskva Paşinyanın ittihamlarına cavab verdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarını Laçın dəhlizində öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında çıxışı zamanı danışıb.

Bunun ardınca isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova və Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın bu ittihamlarına cavab verib. 

“Mən əksini deyə bilərəm, Rusiyanın sülhməramlı kontingenti Qarabağda öz öhdəliklərini yerinə yetirir. Vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görülür, addımlar atılır. Əgər bunu kimsə bilmirsə, xatırlatmaq istəyirəm ki, vəziyyətin gərginləşməsi buna qədər də baş verib, problemlər də olub, tərəflər bir-birini ittiham ediblər. Rusiyalı sülhməramlılar isə vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edib və onlar bunu bacarıblar. Buna görə də, sülhməramlılarımıza qarşı bu cür münasibət qəbuledilməzdir”, - deyə Zaxarova söyləyib.ğ

Dmitri Peskov da, öz növbəsində sülhməramlıların xidmət göstərdikləri ərazidə asayişin təmin olunması üçün mümkün olan hər şeyi etdiklərini qeyd edib.




Paylaş:


Müəllif : Tarix:
22-12-2022, 15:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər