Duma ölkədən gedən ruslar üçün vergi dərəcəsinin artırılması ilə bağlı qanun layihəsi hazırlayır
Rusiya Dövlət Dumasının deputatları müharibə başlayandan sonra ölkəni tərk etmiş vətəndaşlar üçün güzəştlərin ləğvi və vergi dərəcəsinin artırılması ilə bağlı qanun layihəsi hazırlayır.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Ölkəmizi tərk edənlərə geri qayıtmaları üçün onlara üstünlük və güzəştlərin verilməsinin zəruri olduğunu düşünənlər var. Bu, yanlışdır. Rusiya Federasiyasını tərk edənlərə verilən güzəştlərin ləğv edilməsi və artırılmış vergi dərəcəsinin tətbiqi düzgündür. Biz qanunvericiliyə müvafiq dəyişikliklər üzərində işləyirik”, - deyə Volodin bildirib.
Dumanın spikerinin sözlərinə görə, Rusiya cəmiyyətinin əksəriyyəti onların hərəkətini dəstəkləmir: “Onların öz vətənlərinə, qohumlarına və dostlarına xəyanət etdiklərinə inanırlar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-12-2022, 14:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər