İranda iki etirazçı həbs və şallaq cəzasına məhkum edildi
Zəncan vilayətinin Hidəc şəhərinin iki sakini Səmanə və Mehdi Dadgər Əbhər şəhərinin İnqilab Məhkəməsi tərəfindən həbs, cərimə və qamçı cəzasına məhkum edilib.
Bölgədəki hüquq müdafiəçiləri və HRA xəbər agentliyinin məlumatına görə, sentyabrın 22-də Əbhər şəhərində keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən bu qardaş və bacıya İnqilab və Cinayət Məhkəmələri tərəfindən ağır cəzalar verilib.
Səmanə Dadgər “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il azadlıqdan məhrum edilib, lakin onun həbs cəzası təxirə salınıb. Başqa bir dosyedə isə Cinayət Məhkəməsində o, 74 şallaq və üç milyon tümən pul cəzasına məhkum edilib. Həmin hökmə görə, Səmanə Dadgər cəriməni ödəməkdən imtina etdiyi təqdirdə, 4 ay müddətinə həbs olunacaq.
Əbhər Cinayət Məhkəməsi Mehdi Dadgəri "İslam Respublikasının qurucusu və liderini təhqir etmək" və "sistemə qarşı təbliğat aparmaq"da təqsirli bilib və həmin ittihamlardan ona müvafiq olaraq, 15 ay və 8 ay həbs hökmü çıxarılıb.
Zəncan vilayətindən olan iki azərbaycanlı qardaş və bacı olan Səmanə və Mehdi Dadgər Əbhər şəhərində keçirilən ümummilli etirazlar zamanı həbs edilmiş, Zəncan və Əbhər həbsxanalarında bir müddət dindirilib saxlanıldıqdan sonra 500 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxılmışdılar.
Zəncan Ədliyyə İdarəsinin rəisi Höccətül-İslam İsmail Sadıqi aksiyalar ilə əlaqədar 325 nəfər haqqında məhkəmə dosyesi təşkil olunduğunu bildirmişdi.
İranda təhlükəsizlik qüvvələri və məhkəmə orqanları tərəfindən həbs edilmiş etirazçıların və onların ailələrinin hədələnməsi, mətbuat və insan haqları fəallarının azad fəaliyyətinə məhdudiyyətlərin yaradılması həbs olunanların vəziyyətləri və şəxsiyyətləri ilə bağlı məlumatların mediada əks edilməsinə ciddi maneə yaranır.
İran hökuməti ölkədə başlayan son ümummilli etirazlardan sonra interneti kəsərək, Instagram kimi sosial media platformasını bloklamaqla insanların ölkə hüdudlarından kənarda insan haqları fəalları ilə əlaqə qurmasına əngəl olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-12-2022, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər