Gürcüstanda sürücülük vəsiqəsi imtahanı mürəkkəbləşdirildi
Gürcüstanda 2023-cü il yanvarın 1-dən sürücülük vəsiqəsi imtahanı mürəkkəbləşib. Belə ki, praktiki imtahandan keçən gələcək sürücülər bir sıra əlavə suallara cavab verməli olacaqlar.
Xüsusilə, meydançada praktiki imtahan verərkən lisenziya almaq istəyənlər avtomobilin istismarı ilə bağlı şifahi suallara cavab verməli olacaqlar. Suallar yağın, əyləc mayesinin, əyləc sisteminin, sükanın, faraların, mühərrikin, qəza işıqlarının, təkərlərin və sairin yoxlanılması ilə bağlı olacaq.
Bundan əlavə, imtahan verən şəxs avtomobilin təhlükəsizlik standartlarına uyğunluğunun necə yoxlanıldığını göstərməlidir.
Bu tələblər həm avtomobil idarə etmək hüququnu əldə etmək istəyənlərə, həm də sərnişin daşımaq və yük avtomobillərini idarə etmək hüququna aiddir.
Gürcüstanda sürücülük vəsiqəsi imtahanı üç mərhələdə aparılır. Birinci mərhələ nəzəri, ikinci mərhələ manevrlərin yerində həyata keçirilməsi və üçüncü mərhələ isə küçədə real şəraitdə manevrlərin həyata keçirilməsidir. Hər üç mərhələdən keçməklə hüquqları əldə etmək mümkündür.
Mənbə: Sputnik Gürcüstan
Paylaş:
Müəllif : Yazar
Tarix:2-01-2023, 19:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər