20-dən çox ölkədə Saakaşviliyə dəstək aksiyaları keçirildi - Fotolar
Gürcüstan daxil olmaqla dünyanın 20-dən çox ölkəsində gürcü siyasətçi Mixail Saakaşviliyə dəstək məqsədilə piketlər təşkil olunub.
Bu barədə məlumatı “Qruziya Online” yayıb.
Piketlər zamanı nümayişçilər Gürcüstanın keçmiş Prezidentinin səhhətinin pis olması səbəbindən dərhal sərbəst buraxılmasını tələb ediblər.
Aksiyalardan fotoları isə rusiyalı müxalif siyasətçi və hüquq müdafiəçisi Mark Feygin öz sosial şəbəkə hesablarında paylaşıb.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanılıb və elə həmin gün aclıq aksiyasına başlayıb. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçib, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülüb. O, 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-01-2023, 15:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər