İranda nümayişlərlə bağlı daha iki nəfər edam edildi
İranda nümayişlər zamanı Kerac şəhərində “mühafizəçini öldürmək” ittihamı ilə 2 nəfər edam edilib.
“Qafqazinfo” xəbər verir ki, İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Ordusunun Beşiç milis üzvü Seyid Ruhullah Acemiyanın qətlində əli olmaqda ittiham olunan Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni Elborz vilayətinin Kərəc şəhərində keçirilən nümayişlərdə edam edilib.
Noyabrın 3-də Tehran yaxınlığındakı Kerac şəhərində noyabrın 3-də nümayişlər zamanı təhlükəsizlik qüvvələrinə hücum edərək bir Bəsic üzvünü bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən 16 nəfər mühakimə olunub, təqsirləndirilənlərdən 5-i “mühafizəçilərə hücum etmək və ictimai asayişi pozaraq dünyada fitnə-fəsad törətmək” ittihamı ilə edam cəzasına məhkum edilib.
Edam cəzasına məhkum edilən 3 nəfər haqqında qərar bəzi nöqsanlar nəzərə alınaraq ləğv edilib və yenidən iş açılıb.
Bildirilib ki, iş üzrə mühakimə olunan 11 müttəhimə “uzunmüddətli həbs” cəzası verilib.
Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. Aksiyalar zamanı 10 mindən çox etirazçı saxlanılıb. Onlar arasında xarici ölkə vətəndaşları da var.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-01-2023, 14:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər