reklam
Regionxeberlericom.az » Dünya » Müharibə dağıdıcı mərhələyə keçir - Ekspert danışır

reklam

Müharibə dağıdıcı mərhələyə keçir - Ekspert danışır














"Rusiya-Ukrayna müharibəsi dağıdıcı mərhələyə keçməkdədir. Bu ilin yazında tərəflərin qəti hücuma keçəcəkləri barədə məlumatlar yayılır". Bu barədə politoloq Sədrəddin Soltan deyib. Ekspert bildirib ki, hətta Rusiyanın səfərbərlik planı ilə bağlı da müxtəlif informasiyalar gündəmi zəbt edib: "Britaniyanın “The Times” nəşri yazıb ki, Rusiya 500 min nəfərlik səfərbərlik planı hazırlayır və qərar yaxın günlərdə qəbul olunacaq: “Orduya çağırılanlar yeni genişmiqyaslı hücum üçün cəbhəyə göndəriləcəklər”. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən isə bildirilib ki, Rusiya 2 milyonluq ordu yaratmağa çalışır, bunun üçün növbəti dəfə səfərbərlik elan olunacaq. Cəbhədə vəziyyət gərginləşdikcə müharibəyə Rusiyadakı cəzaçəkmə müəssisələrindəki məhbusların da cəlb olunduğu barədə məlumat yayılır. Bildirilib ki, bu fəaliyyətlə daha çox Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkəti məşğul olur. Şirkətin sahibi, Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamı sayılan Yevgeni Priqojin məhbuslara Ukraynada müharibədə 6 ay iştirak qarşılığında əfv vəd edir. Bu günlərdə Tacikistana Rusiya cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşamış, Ukraynada müharibədə ölmüş daha bir nəfərin meyiti gətirilib və qohumlarına təhvil verilib".

Analitikə görə, B.Davlatşoyev Rusiya tərəfdən döyüşüb Ukraynada ölən ilk məhbus deyil: "2017-ci ilin məlumatına əsasən, Rusiya həbsxanalarında xarici ölkələrin 29 min 397 vətəndaşı saxlanılır. Onların 90 faizi ağır və xüsusilə ağır cinayətlər törədiblər. Həmin ilin statistikasına əsasən, birinci yerdə 8002 məhbusla Tacikistan ilk sırada dayanır. Ondan sonrakı yerləri 6 min 362 məhbusla Özbəkistan, üçüncü yerdə isə 4 min 761 məhbusla Ukrayna tutur".




Paylaş:


Müəllif : Tarix:
18-01-2023, 11:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər