reklam
Regionxeberlericom.az » Dünya » İran Azərbaycana NECƏ QƏNİM KƏSİLİB... - İNCƏLƏMƏ...

reklam

İran Azərbaycana NECƏ QƏNİM KƏSİLİB... - İNCƏLƏMƏ...


İranda daxili siyasi çəkişmələr tez-tez Azərbaycanla əlaqələr kontekstində üzə çıxır. Üsuli-qanadın (Əhmədinejadın lider olduğu fundamentalist siyasi cərəyan) təmsilçisi sayılan İran parlamentinin (Məclise Şuraye İslami) sədri Mohamməd Baqer Qalibafın ötən il Türkiyədə istirahəti kəskin tənqid olunmuşdu. Mühafizəkar media onu türk lobbisinin adamı kimi təqdim etməkdə idi. Türkiyədə azərbaycanlı həmkarı Sahibə Qafarova ilə son görüşdə Azərbaycanla anlaşılmazlıqların aşıldığını bəyan etdikdən sonra isə ona qarşı növbəti kampaniya başlayıb, familiyasını Qalibov kimi yazanlar da var.

Yaranmış gərginliyin aradan qaldırılması üçün media, mədəni, iqtisadi, parlament diplomatiyalarının gücləndirilməsini təklif edənlərin rəyinə görə, Qalibafın bəyanatı təqdirə layidir. Belə görüşlər artsa, Bakı və Tehran arasında əlaqələrin güclənməsinə və başqalarnın müdaxilə imkanlarının azalmasına səbəb ola bilər. Bu fikri müdafiə edənlərdən sabiq səfir Möhsün Pakayin parlament diplomatiyasının potensialından istifadə haqda dəyərləndirməsində Zəngəzur dəhlizi məsələsinə də toxunur: “Bu dəhliz Azərbaycan və Ermənistan arasında olan məsələdir və İranla heç bir əlaqəsi yoxdur”.

O deyib ki, Netanyahunun hakimiyyətə gəlməsindən sonra İsrailin təsirinin artması və Qarabağ bölgəsində təxribatçı fəaliyyətlərin çoxalmasına görə narahat olmaq lazım gəlsə də, İran kəşfiyyatı daim İsrailin ətrafdakı bütün hərəkət və planlarını izləyir və “hər ssenraiyə” hazırdır. Pakayinin sözlərinə görə, İran Bakı ilə Təl-Əviv arasında əlaqələrin səfirlik səviyyəsinə yüksəldilməsini bəyənməsə də, bilir ki, Azərbaycan rəhbərliyi İsrailin onun coğrafi potensialından mümkün sui-istifadələrinin qarşısını ala biləcək diplomatik müstəqilliyə və siyasi zəkaya malikdir. Pakayin Azərbaycanın Ankaranın iradəsini yerinə yetirdiyi haqda iddiaları da rədd edir, İlham Əliyev hökumətinin öz siyasi müstəqilliyini hər zaman qoruduğunu vurğulayır, eyni zamanda Ankaranın Qafqazda və Qarabağda baş verən hadisələrə təsirinin yüksək olduğunu təsdiqləyir. Bu baxımdan İbrahim Rəisinin Türkiyəyə gözlənilən səfərini çox mühüm hesab edir, amma İran xarici siyasət aparatının bu səfərlə bağlı ciddi planlar hazırlamdığını xatırladır.

Qeyd edildiyi kimi, Moskvada Suriya, Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü İranda oyundankənar qalmaq kimi qarşılanır. Ərəb mənbələri Rəisinin gözlənilən səfərinin məqsədinin Suriya və Qarabağ məsələsində Türkiyə ilə mövcud anlaşılmazlıqların aradan qaldırılması olduğunu xəbər verirdi.

Lakin ekspert çoxluğu Bakıya təzyiqlərin artırılmasını, “II dərəcəli məmurların” görüşünün (Qalibaf –Qafarova) ölkələrarası münasibətlərə müsbət təsir etməyəcəyini iddia edir. “Bəsic beynəlxalq tələbə hərəkatının Qafqaz şöbəsi” adından (?) verilən bəyanatda Azərbaycanın günahları sadalandıqdan sonra Qalbaf ittiham olunur: “Hörmətli məmurlarımızın Bakının qısa müddət ərzində susmasına, sonra isə yenidən gərginliyə və İslam Respublikasına qarşı düşmən davranışına səbəb olan birtərəfli barışdırıcı bəyanatlar verməsinin vaxtı çatmayıbmı?”

Rusiya və Avrasiya üzrə ekspert kimi təqdim olunan Şoaib Bəhmən İranın özündə dəfələrlə təkzib olunmuş böhtanları təkrarlayır: hazırda Azərbaycanda İŞİD, təkfirçilər, sionistlər, pantürkist separatçılar, Britaniya və NATO qüvvələri mövcuddur. Bu qruplar İranın milli təhlükəsizliyinə qarşı işləyir və bundan sonra da çalışacaqlar. “Bu məsələ gələcəkdə daha da böyüyəcək, ona görə də İran qətiyyətlə hərəkət etməlidir. İslam dünyasının sionistlərin bazasına çevrilən o hissəsi ilə ciddi və qətiyyətli münasibət qurmaq lazımdır. Onlara xəbərdarlıq mesajları verin. Eyni zamanda, bəzi sakitləşdirmə siyasətindən qaçmaq lazımdır, çünki bu, sionistlərin oradakı təsirini artırır və ölkəmizə qarşı təxribat hərəkətlərini artırır” deyə ekspert «müdrik» nəsihətlərini əsirgəmir.

“Qafqazşünas” ekspert Ehsan Müvəhhəddianın rəyinə görə isə son üç onillikdə İran hakimiyyət orqanlarının birtərəfli barışıq bəyanatları olduqca çoxdur və hər dəfə Bakının soyuqqanlı şəkildə cavabsız qoyduğu bu bəyanatlardan sonra gərginləşmə yaşanır. O, cavab olaraq Bakıya qarşı sakitləşdirmə siyasətindən imtina edib xüsusi yol xəritəsi qəbul etməyi təklif edir .

- Xəzərdə İran donanmasının gücləndirilməsi, Rəşt dəmir yolunun Xəzər Azad Zonasına yaxın ərazidə başa çatdırılması. Ənzəlidən Bakıya daxil olmadan Rusiyaya dəniz marşrutundan operativ istifadə.

- Çabahar-Zahidan dəmir yolunun tikintisinin başa çatdırılması.

- Məzlum qruplara - Azərbaycan Respublikasında etnik, Türkiyədə etnik və dini azlıqlara dəstək vermək, onların Tehranda nümayəndəliklərinin yaradılmasını təmin etmək (guya Türkiyə və Bakının etdiyi kimi)

- “Hüseyniyyun”lara daha ciddi dəstək və onların “nəhəng” mədəni, elmi və dini potensialından istifadə etmək.

- Tezliklə Təbrizdə Ermənistanın Konsulluğunun açılması.

-Üçtərəfli müdafiə-iqtisadi sazişin bağlanması üçün Rusiya və Ermənistanla fəal diplomatiya aparmaq

İranın aparıcı düşüncə mərkəzlərindən olan MASAF-ın qurucusu Əli Əkbər Raifipur da çıxışında M. Qalibafın bəyanatını tənqid edib və Müvəhhədianın yol xəritəsindəki təkliflərə uyğun fikirlər səsləndirib. “Ukraynalılar, əslində rusdur. Onlar eyni sivilizasiya və mədəniyyət hövzəsinin bir hissəsidirlər. Tədricən mədəni şəkildə uzaqlaşdırıb, irqçilik damarları qızışdırıldı. Rusiya müharibəyə girməyə vadar oldu. Azərbaycanı İranın Ukraynası etmək istəyirlər. Onlar daima İranı təxribata çəkirlər və İrandan hərbi yolla reaksiya verməsini istəyirlər. İndi Azərbaycanda milliyyətimiz, dinimiz, məzhəbimiz təhqir olunur. İmam Hüseynin bayrağını dalğalandırmaq qadağandır, LGBT bayrağını asmaq isə icazəlidir. Öz gənclərimizin də beynini yuyublar”.

O da “Hüseyniyyun” terror qruplaşmasına, şiə məzhəbli etnik azlıqlara “kömək etməyə” çağırır. Daha sonra İrandakı “İlham Əliyev lobbisi” haqda son zamanlar tez-tez eşitdiyimiz fikirləri təkrarlayır. İddia olunur ki, məhz bu lobbi İranı Azərbaycan qarşı addımlar atmaqdan çəkindirir”.

Sonda o, Azərbaycanda silahlı üsyana çağırış xarakterli fikirlər səsləndirib. “Azərbaycanlılar istəsələr müqavimət qrupu yaratmaq qərarına gələ bilərlər. Onlara dəstək olmaq bizim inqilabi borcumuzdur, İslam Respublikasının borcudur”.

Cəmaləddin Quliyev




Paylaş:


Müəllif : Tarix:
23-01-2023, 10:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər