reklam
Regionxeberlericom.az » Dünya » Ukraynada bir neçə yüksəkvəzifəli məmur istefa verdi - Yenilənib

reklam

Ukraynada bir neçə yüksəkvəzifəli məmur istefa verdi - Yenilənib














Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müavini Kirill Timoşenko istefa verib.

Bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı mənbəyə istinadən “Ukrainskaya pravda” yayıb.

Məlumata görə, Timoşenkonun əvəzinə bu vəzifəyə Kiyev vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksey Kulebanın təyin edilməsi planlaşdırılır.

Eyni zamanda, Sumı, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərinin hərbi-mülki administrasiyalarının rəhbərlərinin də istefa verəcəkləri qeyd olunur. Bununla belə, sözügedən şəxslərin istefa səbəbi açıqlanmayıb.

K.Timoşenko daha sonradan istefa verməsi barədə məlumatları təsdiq edib.

Belə ki, o, öz teleqram kanalında istefa ərizəsinin fotosunu paylaşıb.

Xatırladaq ki, Ukrayna Prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç yanvarın 17-si istefa verdiyini açıqlayıb.

***

Ukraynanın Baş prokurorunun müavini Aleksey Simonenko da istefaya göndərilib.

Bununla yanaşı, Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapolov da istefa verib. Buna səbəb isə ukraynalı hərbçilər üçün şişirdilmiş qiymətlə qida məhsullarının alınması ilə bağlı ittihamlar olub. 





Paylaş:


Müəllif : Tarix:
24-01-2023, 12:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər