Molla rejiminin AKOPYAN SEVDASI... - Rəsmi Tehran kimliyini heç də gizlətmir...
Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrana qadınlarla bağlı konfransda iştirak etmək üçün səfər etmişdi. 5 aydan çoxdur ki, İranda qadın hüquqları ilə bağlı aksiyalar davam edir. Hətta nümayişlər artıq başqa şüarlarla da keçirilir. İran rejimi isə bu aksiyaları etirazçıları həbs etmək, edam etməklə yatırmağa çalışır. Bu günə qədər aksiyalarda 70-dən çoxu uşaq olmaqla yüzlərlə insan öldürülüb. Maraqlısı budur ki, bütün dünya bu etirazlara və etirazlar fonunda edamlara öz mənfi reaksiyasını bildirdiyi halda, Ermənistan İranın yanındadır. Başqa bir nüans isə erməni diasporunun Anna Akopyanla görüşdən imtina etməsidir ki, bu da Ermənistan hakimiyyəti ilə diaspor arasında qırıqlığın olmasında xəbər verir.
Belə çıxır ki, 44 günlük müharibənin məğlubiyyətlə bitməsi, Ermənistan iqtidarının diasporda nüfuzunu aşağı salıb. DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Azər Badamov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran qadınları hüquqlarından məhrum edən ölkədir. Uzun müddət İranda baş verən narazılıqlar da qadınlara qarşı zorakılıq zəminində olub və bütün ölkəni bürüyüb. Aksiyaların şüarları da qadın hüquq azadlıqları üzərində qurulub. Politoloqun sözlərinə görə, bütün dünya İranda davam edən etirazlara və edamlara görə öz mənfi reaksiyasını bildirir və aksiyaçıların hüquqlarının təmin olunmasını dəstəkləyir. Belə bir qeyri-müəyyən dövrdə Anna Akopyanın Tehranda tədbirdə iştirakını Ermənistanın İrana dəstək nümayişi kimi qeyd etmək olar.
“Gərgin ictimai-siyasi dönəmdə Tehran şəhərində “Nüfuzlu qadınıların Birinci Beynəlxalq Konqresi”nin keçirilməsi maraqlı hadisədir. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, konqresin adı maraqlıdır. Belə çıxır ki, İranda nüfuzlu və nüfuzsuz qadınlar var. İkincisi Paşinyanın arvadı Anna Akopyana xüsusi diqqətin ayrılması da çox maraq doğurur. Halbuki Anna Akopyanın nə öz ölkəsində, nə də erməni diasporanın yanında heç bir nüfuzu yoxdur. Hətta İranda səfəri çərçivəsində Akopyanın erməni qadınları icması ilə görüşmək istəyinin də rədd edildiyi bildirilir. Həm də sosial şəbəklərdə yayılan məlumatlara görə, Tehranın erməni kilsələrində də Anna Akopyanın ruhanilərlə görüşmək, xeyir-dua almaq imkanı olmayıb və “Allah evinin qapıları şeytanın bəndələrinin üzünə bağlıdır” - kimi rəylər yazılır. Ermənilərin öz daxilində heç bir nüfuzu olmayan Anna Akopyanı masanın yuxarı başında oturtması və xüsusi diqqət mərkəzində saxlanılmasını rejimin fars-erməni sevgisinin göstəricisi hesab edirəm”.
Akopyana belə yüksək diqqətin nümayişini Azərbaycana qarşı olan nifrətin göstəricisi də hesab etmək olar. Çünki, İran əhalisinin yarısı azərbaycanlılardır. Deputat hesab edir ki, İran dövləti erməni sevgisini yüksək səviyyədə nümayiş etdirəndə heç olmasa İranda yaşayan azərbaycanlıların milli hisslərini də nəzərə almalı idi. Çünki İran dövlətinin belə siyasəti ölkəsində narazılıq dalğasını daha da dərinləşdirəcək.
P.S. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın Səhiyyə naziri Anait Avanesyanın Tehrana səfəri çərçivəsində alınan qərarlar- səhiyyə sahəsində əməkdaşlığın inkişafı üzrə işçi qrupun yaradılması, tibbi təhsil, tibbi turizm sahələrində əməkdaşlıq, tibb sahəsində sərgilərin təşkili və İranın ermənipərəst mövqeyinin növbəti təzahürüdür. Yəni İran açıq şəkildə bəyan edir ki, o ermənipərəstdir, ürəyi erməni sevgisi ilə döyünür. Azərbaycan torpaqlarının 30 il işğal altında olduğu müddətdə də Azərbaycanın üzünə bu erməni sevgisindən qaynaqlanan riyakarlıqla gülüb, “dost” adlandırıb. Çünki qorxub ki, işğal dövründə erməni sevgisini biruzə etsə, içində olan azərbaycanlılar bu sevgini “nakam” qoyar...
İndi isə kartları açıq şəkildə ortaya qoyaraq oyuna davam edir. Bir müddət əvvəl Yeravanla Tehran “qardaş şəhər” elan edildi. Görünən odur ki, İran artıq seçimini edib, Azərbaycanla dostluğun üzərindən bir qələm çəkib.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-01-2023, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər