reklam
Regionxeberlericom.az » Dünya » İsrail polisi erməniləri həbs etdi: Ölkəmizi tərk edin!

reklam

İsrail polisi erməniləri həbs etdi: Ölkəmizi tərk edin!


İsrail polisi Qüdsdə yəhudi gənclərə hücum edən erməni radikalları həbs edib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

İsrail polisi müqavimət göstərməyə çalışan ermənilərə qarşı sərt davranıb. Belə ki, polis, Yerusəlim şəhərində yəhudilərə hücum edən bir qrup ermənini döyüb. Polis əməkdaşları erməniləri döydükdən sonra bölməyə aparıblar.

"Sputnik Armenia" isə iddia edir ki, yəhudilər Erməni Apostol Kilsəsinin Yerusəlim Patriarxlığının binasının damından xaçkarı və erməni bayrağını götürməyə cəhd edib, həmçinin ermənilərə qarşı iki hücum həyata keçiriblər.

Patriarxlığın kansler departamentinin rəhbəri Dikon Aqan Qoqçyan özünün feysbuk səhifəsində hadisəni bu cür təsvir edib:

"İşdən qayıdan iki erməni gəncə hücum edilib. Eyni zamanda onlar qışqırırdılar: "Bura bizim ölkədir, gedin bizim ölkəmizdən". Onlardan biri gözyaşardıcı qazdan istifadə edib, sonra hər ikisi qaçıb. Bu hadisədən bir saat sonra başqa bir qrup yəhudi Patriarxiyanın damına çıxıb və bayrağı çıxarmağa çalışıblar. Onlar ərazidən uzaqlaşaraq fərqli tərkibdə və maskalarla geri qaydıblar. Yəhudi gənclər "terror aktı" deyərək qışqıra-qışqıra qaçıblar. Bunu görən polis ermənilərin yolunu kəsib və onların bəzilərinə qarşı güc tətbiq edib. Onlardan bəzisi polis tərəfindən saxlanılıb və bölməyə aparılıb". (publika)




Paylaş:


Müəllif : Tarix:
30-01-2023, 18:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər