reklam
Regionxeberlericom.az » Dünya » Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artdı - Yenilənir

reklam

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artdı - Yenilənir












Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 3419-a çatıb.
Bu barədə Türkiyənin birinci vitse-prezidenti Fuat Oktay məlumat verib.
"Ümumilikdə 3419 itkimiz var. Bu, təsdiqlənib. Yaralılarımızın sayı 20534-dür. Dağıntılar altından xilas edilənlərin sayı 8 mini ötüb. Dağılmış binalarımızın sayı 5775-dir", - deyə o bildirib.
***10:48

Türkiyədə baş verən iki yüksək maqnitudalı zəlzələdən sonra ölənlərin sayı 3 381-ə çatıb.
Bu barədə AFAD-ın Zəlzələ Riskinin Azaldılması şöbəsinin rəhbəri Orhan Tatar məlumat verib.
O bildirib ki, 20 min 426 yaralı var və 11 min 302 bina dağılıb.
***08:30
Türkiyənin Kahramanmaraş vilayətində meydana gələn və 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 ballıq zəlzələlərdə ölənlərin sayı 2 min 921 nəfərə çatdı.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer keçirdiyi mətbuat konfransında məlumat verib.
"Təəssüf ki, həyatını itirən vətəndaşlarımızın sayında artım var. 2 min 921 vətəndaşımız həyatını itirdi, 15 min 834 yaralımız var", - deyə Y. Sezer bildirib.
65 ölkədən kömək və dəstək tələblərinin olduğunu bildirən AFAD rəhbəri, sözügedən ölkələrin qruplarının gəldiyi zaman fəlakət bölgəsinə köçürüləcəklərini deyib.
"243 yeraltı təkan baş verib. Hazırda 16 400 nəfərlik şəxsi heyətimiz və xarici ölkələrdən gələn personalımızla fəlakət bölgələrində gərgin iş gedir. Qış şərtləri səbəbiylə həm çadır, həm də digər sığınacaq materiallarını təmin edib fəlakət bölgəsinə göndəririk. İndiyədək fəlakət bölgəsinə 65 minə yaxın çadır və çadır materialı göndərilib", - deyə Sezer axtarış-xilasetmə işləri ilə bağlı məlumat verərkən bildirib.
***6 fevral, 23:20
Türkiyədə baş verən zəlzələdə ölən və yaralananların sayı yenidən artıb.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilib kii, təbii fəlakət nəticəsində ölənlərin sayı sayı 1762 nəfərdir. Yaralı sayı isə 12 068 nəfərə çatıb.
***21:36

Türkiyədə baş verən zəlzələdə ölən və yaralananların sayı artıb.

Bu barədə AFAd-ın yaydığı məlumatda qeyd olunub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 1651 nəfərə çatıb. 11 119 nəfərin isə yaralandığı bildirilib.
***19:49

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.

Bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində 3471 bina dağılıb. 

***18:43
Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

***17:48

Türkiyədə baş verən zəlzələdə ölən və yaralananların sayı artıb.
Yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1 121-ə yüksəlib, 7 634 nəfər isə  yaralanıb, 2 834 bina dağılıb.

***16:16
Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1014 nəfərə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.


***14:12

“İndiyədək 912 vətəndaşımız həyatını itirib, 5385 vətəndaşımız isə yaralanıb”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


***11:18

“Ümumilikdə 284 ölüm və 2 min 323 yaralı var, 1710 bina dağılıb”.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat yayıb.

O vilayətlərdəki dağıntılar və itkilər barədə də məlumat verib:

“Hatayda 4 ölü, 7 yaralı var. 200 bina dağılıb.

Osmaniyedə 20 itki, 200 yaralı var, 83 bina dağıldı.

Adıyamanda 13 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Diyarbəkirdə 14, Urfada isə 18 itkimiz var.

Antepdə 80 itki və 580 dağılmış binamız var.

Kilisdə 80 itkimiz var.

Adanada 10 nəfər itkin düşüb, 118 nəfər yaralanıb.

Malatyada 47 itki, 550 yaralı var.

Ümumilikdə 284 ölüm və 2 min 323 yaralı var. 1710 bina dağıdılıb”.

***09:11

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib.
Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) 42 ardıcıl təkanın qeydə alındığını, 76 nəfərin həyatını itirdiyini, 440 nəfərin yaralandığını açıqlayıb.

Bir çox şəhərdə hiss edilən zəlzələnin 30 saniyədən çox davam etdiyi bildirilib.

Qeyd edək ki, zəlzələ Hatay, Adana, Qaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa və Osmaniye vilayətlərində də hiss olunub.

Zəlzələ Türkiyə vaxtı ilə 04:17-də (Bakı vaxtı ilə 05:17) qeydə alınıb, dərinliyi 7 kilometr olub.

Təbii fəlakətin Misir, Livan, Suriya və İraqda da güclü hiss olunduğu bildirilir.




Paylaş:


Müəllif : Tarix:
7-02-2023, 13:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər