Türkiyədə zəlzələlər 1 il davam edəcək
Episentri Türkiyənin Kahramanmaraş bölgəsində olan 7,7 ballıq zəlzələnin dalğaları davam etməkdədir. Dünən qeydə alınmış iki böyük zəlzələdən sonra yüzdən çox afterşoklar baş verib. Bu afterşokların hər biri 4-5 bal gücündə olub. Məlumatı Kandilli Rəsədxanası verib.
Xəbərə görə, zəlzələnin baş verdiyi ərazilərdə afterşokların bir il davam etməsi gözlənilir. Bu barədə Kanal D ekranlarından Türkiyənin Kandilli Rəsədxanasının əməkdaşı professor Atilla Ansal məlumat verib.
“Bizi zəlzələnin gücü yox, bu qədər böyük bir ərazini əhatə etməsi təəccübləndirdi. Həmin bölgə tektonik xətlərin toqquşma xətləri üzərində yerləşir. Son 500 ildə ərazidə bu gücdə zəlzələ olmamışdı və belə bir zəlzələnin olması gözlənilirdi. Zəlzələ olan ərazinin böyüklüyü, afterşokların sıxlığı və gücü nəzərə alınmaqla deyə bilərik ki, Kahramanmaraş, Hatay və digər fəlakət zonalarında zəlzələlər bir il davam edəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-02-2023, 18:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər