reklam
Regionxeberlericom.az » Dünya » AP-nin deputatı korrupsiya ittihamı ilə saxlanılıb – KİV

reklam

AP-nin deputatı korrupsiya ittihamı ilə saxlanılıb – KİV

















Belçikada Avropa Parlamenti (AP) ilə bağlı aparılan korrupsiya və çirkli pulların yuyulması istintaqı çərçivəsində İtaliyanın Neapol şəhərində parlamentin italiyalı deputatı Andrea Kozzolinonun saxlanıldığı bildirilir.
İtaliya mətbuatında çıxan xəbərlərə görə, İtaliya polisi AP-də xarici dövlətlərin maraqlarını müdafiə etmək müqabilində maliyyə imtiyazları təmin etməkdə ittiham olunanlar arasında olan Kozzolini həbs etmək üçün Belçika səlahiyyətlilərinin tələbi ilə hərəkətə keçib.
Dünən axşam Neapoldakı Kozzolinonun evinə gedən polisin italyan deputatı burada tapa bilmədiyi, daha sonra onu şəhərdəki klinikalardan birindən çıxarkən saxladığı bildirilir.

Dünən polis və prokurorların Kozzolinonun Brüsseldəki evində axtarış apardığı qeyd edilib. İtaliyalı deputatın AP-dəki ofisinin də möhürləndiyi bildirilir.
Kozzolinodan əvvəl AP-nin Belçikalı deputatı Mark Tarabella da dünən saxlanılıb. Tarabellaya məxsus bankdakı əmanət kassası açılıb, belçikalı parlamentarinin istifadə etdiyi ofislərdə də axtarış aparılıb.

Saxlanılan və korrupsiya ilə bağlı əməllərini etiraf edən keçmiş AP deputatı italyan Antonio Panzeri hər iki deputatı rüşvət almaqda ittiham edib.
Keçən həftə AP-dən toxunulmazlığı qaldırılan Kozzolino və Tarabella ittihamları rədd edir.




Paylaş:


Müəllif : Tarix:
12-02-2023, 15:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər