ABŞ generalı vurulan obyektlərin yadplanetlilərə məxsus ola biləcəyini istisna etmir
ABŞ Şimali Amerika üzərində səmada vurulan naməlum obyektlərin yadplanetlilərə məxsus olmasını istisna etməyib.
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığına (NORAD) rəhbərlik edən ABŞ Hərbi Hava Qüvvələrinin generalı Qlen Vanherke, son bir neçə gündə ABŞ və Kanada hava məkanında görünən naməlum obyektlərin yadplanetlilərə məxsus olduğunu istisna etmədiyini söyləyib.
Vanherke ABŞ döyüş təyyarələri tərəfindən vurulan üç obyektin dünyadan kənar mənşəli olduğunu istisna edib-etmədiyi ilə bağlı suala belə cavab verib:
“Mən kəşfiyyat və əks-kəşfiyyat xidmətinə bu məsələni araşdırmağa icazə verəcəyəm. Mən heç nəyi istisna etmirəm”.
Belə bir şərhlə Vanherke 12 fevral bazar günü ABŞ F-16 qırıcısının ABŞ-Kanada sərhədindəki Huron gölü üzərində naməlum səkkizguşəli obyekti vurmasından sonra Pentaqon brifinqində çıxış edib.
Qeyd olunur ki, bu, son 10 gündə dördüncü belə hadisədir. Birincisi , fevralın 4-də ABŞ qırıcısının Atlantik okeanı üzərində kamera və müşahidə avadanlığı ilə təchiz edilmiş Çin hava şarını vurması zamanı baş verib. Daha sonra ABŞ qırıcıları hava şarına bənzəyən daha 3 obyekti vurublar, lakin onların mənşəyi və məqsədi ilə bağlı açıqlama verilməyib.
Vanherke brifinqdə bildirib ki, ABŞ ordusu 3 naməlum obyektin havada necə saxlandığını və Şimali Amerika üzərində hava məkanına necə daxil olduğunu dəqiq müəyyən edə bilmir.
“Hazırda biz Şimali Amerikaya yaxınlaşan hər bir naməlum təhlükəni və ya potensial təhlükəni qiymətləndirməyə davam edirik, onu müəyyən etməyə çalışırıq”, - NORAD rəhbəri bildirib.
“Reuters” agentliyinin ABŞ Müdafiə Nazirliyindəki adının açıqlanmasını istəməyən mənbəsi bildirib ki, indiyədək hərbçilər qeyd olunan naməlum obyektlərin heç birinin Yer mənşəli olduğuna dair heç bir sübut görməyiblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-02-2023, 11:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər