reklam
Regionxeberlericom.az » Dünya » “Ola bilər ki, Rusiya ərazisində silah anbarlarını məhv edək”

reklam

“Ola bilər ki, Rusiya ərazisində silah anbarlarını məhv edək”

















Ukrayna silahlı qüvvələri Rusiyaya qarşı yaz əks-hücum əməliyyatına hazırlaşır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski Almaniyanın “Berliner Morgenpost” qəzeti ilə söhbətində bildirib.

O qeyd edib ki, bu, Krımın ələ keçirilməsi əməliyyatını, habelə Rusiya ərazisindəki hərbi anbarların və aerodromların məhv edilməsini nəzərdə tutur. 

“Ola bilər ki, biz də Rusiya ərazisində, məsələn, Belqorod şəhəri ətrafındakı silah və ya hərbi texnika anbarlarını məhv edək. Ruslar Ukraynaya hücumlarını məhz oradan həyata keçirirlər”, - Vadim Skibitski bildirib. 

O, həmçinin qeyd edib ki, hərbi əməliyyatın məqsədi Krımın ələ keçirilməsi olacaq.

Vadim Skibitski bildirib ki, ölkənin silahlı qüvvələri Ukraynanın 1991-ci ildən itirdiyi əraziləri geri qaytarmağa çalışacaq. 

Onun sözlərinə görə, Kiyev Minsk razılaşmalarında olduğu kimi Moskva ilə danışıqlar aparmayacaq.


 




Paylaş:


Müəllif : Tarix:
26-02-2023, 19:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər